Kiraye obyekt - Hər gün neçə -neçə insan öz şəxsi biznessində artımlar edir. Şirkət qurur, işçi axtarır. Bu işin içində ən önəmli məqamlardan biridə obyekt tapmaqdır. Axtardığınız; ofis, ailəvi restoran, kafe, dükan, otel, emalatxana, fabrik və s. başqa tipli obyektlər ola bilər.
Obyektləri almaq və ya kirayə etmək olar.
Biznessin gətirdiyi yaxşı gəlirdən asılı olaraq obyekti almaq daha məsləhətdir.
Əgər təzə başlayan biznessdirsə, gəlir yüksək səviyyədə deyilsə, o zaman obyekti kirayə etmək də mümkündür.
Obyekti kirayə edən zaman onun qiyməti, bir çox aspektlərdən asılı olaraq dəyişir.
Bu aspektlərdən bir neçəsini təqdim edirik.
Əgər təmirli Obyektidirsə, təmir keyfiyyətini qiymətləndirmək, yenidən təmir edib etməməyi dəqiqləşdirmək lazımdır. Çünki bu icarə müqaviləsi bağlamağa və ya müəyyən bir müddət üçün icarə dərəcəsindən və ya ödəniş şərtlərini müzakirə etmənizə təsir edəcək. Yanğın təhlükəsizliyi, ventilyasiya, mühəndis şəbəkələrinin vəziyyətini də yoxlamağı unutmayın.
Kimin - icarəçi və ya icarəyə verən - komunal xidmətləri necə ödədiyini aydınlaşdırın.
Kirayə obyekt axtaran zaman saytlarda yerləşdirilən obyektlərin elanlarına baxdıqda, qoyulan şəkillərə və videolara baxmaqla, bir çox detalları obyektə getməzdən əvvəl öyrənə bilərsiniz.