XİDMƏTLƏR

Xidmətlərimiz

Biz sadəcə ev alqısı, satqısı və kirayəsi ilə məşğul olmuruq. 15 il ərzində qazandığımız təcrübəni ondan çox fərqli xidmətdə birləşdirmişik. Rahatlığınız və ehtiyacınız üçün lazım olan xidmətlərlə buradan tanış ola bilərsiniz.

Xidmətlərimiz

Biz sadəcə ev alqısı, satqısı və kirayəsi ilə məşğul olmuruq. 15 il ərzində qazandığımız təcrübəni ondan çox fərqli xidmətdə birləşdirmişik. Rahatlığınız və ehtiyacınız üçün lazım olan xidmətlərlə buradan tanış ola bilərsiniz.

Xidmətlərimiz haqqında

Alqı-satqı

Bakıda ev alqı-satqısı, mənzil kirayəsi və obeykt icarəsi bazarında "AREA"nın 15 ildən çoxdur davam edən öz dəst-xətti var. Belə ki, "Port Baku"da mənzillər, "Ağ Şəhər"də evlər, lüks bağ evləri eksklüziv olaraq area.az saytında yerləşdirilir.

‌Bizim professional komandamız həm alıcıları, həm də satıcıları ortaq məxrəcə gətirməyi və hər iki tərəfi razı salacaq variantı tapmağı çox yaxşı bacarır. Bu bacarıq isə uzun illər ərzində qazanılmış təcrübədən qaynaqlanır.

Bakıda mənzil satışı, mənzil alışı, bağ evi icarəsi, lüks villa satışı, obeykt satışı işləri ilə məşğul olan hər kəs AREA-nın geniş müştəri bazasından faydalana bilər. Sürətli, rahat və gəlirli alqı-satqı üçün vaxt itirmədən AREA ilə əməkdaşlıq edin. Bizə müraciət edən hər kəs daşınmaz əmlak adlı nəhəng okeanda asanlıqla rəqiblərini qabaqlamağı bacarır.

Alqı-satqı

Təmir və dizayn

Son illər ev təmiri və mənzil dizaynı trendləri tez-tez dəyişir. Bakıda ev təmiri xidməti göstərən peşəkar ustalar isə artıq uzun illərdir ki, "AREA" ilə əməkdaşlıq edirlər. Ən azı bir dəfə təmir işi gördürmüş hamı bilir ki, yaxşı təmirin yarısı keyfiyyətli materialdan asılıdır, yarısı da peşəkar ustadan.

Sərfəli ev təmiri üçün "AREA"-ya müraciət edin və eviniz xəyallarınızdakı kimi bəzənsin. Komanda üzvlərimiz sizinlə qısa zaman ərzində əlaqə saxlayacaq, mənzilinizlə tanış olacaq və sizin istəkləri nəzərə alaraq uyğun təmir planı hazırlayacaq. Ustalarımız təmir işinə isə yalnız və yalnız siz planı təsdiqləyəndən sonra başlayacaqlar.

Ev dizaynı, interyer dizayn və eksteryer dizayn məsələsinə gəldikdə isə seçimlər xeyli çoxdur. Belə ki, mənzilin quruluşundan, formasından, hətta yerləşdiyi məkandan asılı olaraq dizayn işində nəzərə alınmalı detallar var. İnteryer dizaynerlərimiz isə sizə aşağıdakı üslubları təklif edir:

  • Modern
  • Klassik
  • Loft
  • Ar-deko
  • Minimalistik
  • Bohem
  • Hay-tek
  • Neoklassika
  • Skandinaviya
  • Provans və s.
Təmir və dizayn

Qiymətləndirmə

Mənzil satışı edən hər kəs ən baha qiymətə satmaq istəyir, ev almaq istəyən hamı isə ən aşağı qiymətə almaq. Bəs həm alanı, həm də satanı razı salacaq qiymət necə seçilməlidir? Unutmayın ki, düzgün təyin edilmiş qiymət satışı sürətləndirən əsas faktordur.

Peşəkar komandamız əmlakın qiymətləndirilməsini aşağıdakı faktorlara əsasən aparır:

  • Beynəlxalq qiymətləndirmə standartı;
  • Bazarda mövcud qiymətlərlə müqayisə;
  • Əmlakın yerləşdiyi məkana görə;
  • Sosial infrastruktur;
  • Əmlakın özü;
  • Əmlakın dizayn və təmiri;
  • Əmlakın yaşı.
Qiymətləndirmə

Bazar araşdırması

Bazar iqtisadiyyatının öz qaydaları var, elə daşınmaz əmlak bazarının da. Belə ki, bazara təqdim olunan hər bir məhsul yerləşdiyi məkana, yaşına, keyfiyyətinə, hədəf kütləsinə, fəaliyyət sahəsinə və s. istiqamətlər üzrə geniş araşdırma tələb edir. Aparılan detallı bazar araşdırması isə satışı sürətləndirir və düzgün alıcı kütləsi tapmağa kömək edir.

Biz də daşınmaz əmlak bazarında hərtərəfli araşdırma apararaq satmaq istədiyiniz mənzili, bağ evini və ya obyekti düzgün alıcı kütləsinə çatdırmağınıza yardımçı olacağıq.

Bazar araşdırması

Reklam və marketinq

Hazırda yaşadığımız dövr reklam dövrüdür. Bir sözlə, düzgün marketinq strategiyası qurmadan satış etmək keçən əsrdə qaldı. Xüsusi yanaşma və yaradıcılığın tələb olunduğu daşınmaz əmlak bazarında satışa çıxarılan və ya icarəyə verilən mənzillər üçün:

  • Əmlakın satılması üçün əvvəl məzmun yaradılır;
  • Mənzilin üstünlüklərinin vurğulandığı professional satış mətni hazırlanır;
  • Foto çəkiliş və ya video çəkiliş aparılaraq potensial alıcılarda əmlak haqqında xoş təəssürat yaradılır;
  • Yaradılan kontent sosial mediada, YouTube, saytı və digər satış kanallarında paylaşılır;
  • Məzmunun potensial müştəriyə çatması üçün əlavə reklam büdcəsi ayrılır və düzgün hədəf kütləsi seçilir;
  • İzləyicilərdən daxil olan rəy və feedback-lər araşdırılır və analiz edilir.
Reklam və marketinq

Konsaltinq

Obyekt icarəsi və mənzil satışı o qədər də asan proses deyil. Belə ki, hərdən qarşımıza yaxşı yerdə yerləşməsinə baxmayaraq satılmayan mənzil və ya icarəyə götürülməyən obyekt elanları çıxır. Bunun əsas səbəbi əmlakdan düzgün və səmərəli istifadə edilməməsidir.

15 ildən çox müddətdə qazandığımız geniş təcrübə sayəsində istənilən əmlakın optimal istifadəsini müəyyən edirik. Daşınmaz əmlak bazarında maksimal gəlir qazanmağınız üçün təklif etdiyimiz konsaltinq xidmətinə aşağıdakılar daxildir:

  • Daşınmaz əmlak portfelinin idarə edilməsi və inkişaf strategiyasının hazırlanması;
  • İnkişaf layihəsinin maliyyə-iqtisadi əsaslandırılması;
  • Rayon və şəhər səviyyəsində müxtəlif növ daşınmaz əmlakın inkişafı strategiyasının hazırlanması;
  • Layihə konsepsiyasının hazırlanması, mövcud planların təhlili və alternativ konsepsiyaların təklifi;
  • Bina ilə bağlı verilmiş qərarlarının optimallaşdırılması;
  • İstehlakçı davranışının təhlili;
  • Satış planı və proqnozu.
Konsaltinq

Əmlakın idarə edilməsi

​Cəmi bir zənglə və ya kliklə daşınmaz əmlakdan əldə etməyi planlaşdırdığınız gəlirləri birə-beş artıra bilərsiniz. Belə ki, satıcılar area.az-ın təklif etdiyi əmlakın idarəedilməsi xidmətindən faydalanaraq tezliklə alıcı tapa və yüksək qazanc götürə bilərlər.

Bu xidmətə daşınmaz əmlakın satışa və ya icarəyə hazırlanması, satışdan və icarədən öncə təmir işləri daxildir. Həmçinin, xərclərin müəyyənləşdirilməsindən tutmuş, işçilərin təhlükəsizliyinə qədər hərtərəfli strategiyanın hazırlanması daxildir.

Əmlakın idarə edilməsi

Yaşayış komplekslərinin satışı

Yaşayış kompleksi sahiblərinə kompleks təklifimiz var. Belə ki, siz sadəcə tikinti işlərini həyata keçirirsiniz, biz isə geniş müştəri bazamız sayəsində mənzillərinizin qısa zaman ərzində satışını həyata keçiririk.

Onlarla kompleksin və rezidensin satışını bizə həvalə edən müştərilərimiz xidmətimizin keyfiyyəti haqqında yalnız və yalnız xoş sözlər söyləyir. Siz də onlardan biri ola bilərsiniz!

Yaşayış komplekslərinin satışı

Layihələndirmə və memarlıq

​Tikintiyə başlamadan və bünövrə atılmadan öncə həyata keçirilməli olan tikinti mərhələsinə layihələndirmə deyilir. Bu mərhələdə icazə alınması üçün lazımi sənədlər dəqiqliklə toplanılmalı və ərazi haqqında hərtərəfli araşdırma aparılmalıdır. Layihə standartlarına uyğun hazırlanmış plan və sənədlər isə icazənin alınmasına, podratçılarla rahat əməkdaşlıq etməyə imkan verir. Bu işdə professional "Area" komandasından dəstək alaraq həm vaxta, həm də pula qənaət edə bilərsiniz.

Memarlıq mərhələsində isə sizin xəyallarınızdakı mənzilin, binanın və ya obyektin layihəsi yaradılır. Qarşılıqlı fikir mübadiləsi nəticəsində ərsəyə gələn ilkin dizayn ilə sahibkar lazımi icazəni alır və bu plana uyğun inşaat işləri start götürür. Ölkənin öndə gələn memarları ilə əməkdaşlıq edən Area komandası hər bir layihəyə həyat vermək üçün hazırdır.

Layihələndirmə və memarlıq

İnvestisiya

Bəzi insanlar üçün gəlirli investisiya dedikdə ağıla ilk olaraq qızıl almaq gəlir, bəziləri isə kiçik faizlə banka pul qoymağı düşünür, bəziləri də altı moyka, üstü çayxana obyekt açmağı.

Əslində bunların hər biri gəlir gətirən investisiya növləridir, lakin bəzən qazanılan məbləğlər çox kiçik olur, bəzən isə geri dönüş xeyli uzun çəkir.

Dünyanın ən zəngin insanları daşınmaz əmlaka yatırım etməyi seçir, çünki daşınmaz əmlak bazarı hər keçən gün böyüyür. Alınan mənzili və ya obyekti, hətta 1 il sonra belə satışa çıxarsanız, qoyduğunuz pulu artıqlaması ilə geri götürə bilərsiniz.

Daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün Area.az konkret həll variantları təklif edir. Sizə özəl hazırlanmış obyekt, mənzil, bağ evi və s. siyahısından ən uyğun əmlakı seçərək investisiya edin. Həmin obyekti satmaq lazım olanda da komandamız sizə maksimal qazanc götürməyə köməklik göstərəcək.

Bir sözlə, pulunuzu evdə yatırmayın, daşınmaz əmlaka yatırın və hər keçən gün pulunuzun üstünə pul gəlsin!

İnvestisiya