Memarlıq və dizaynda inqlabçı qadın - Zaha Hadid

  • 1289 İnsan
  • Dek 19, 2023

Memarlıq və dizaynda inqlabçı qadın - Zaha Hadid

1950-ci ildə Bağdad şəhərində dünyaya göz açan Zaha Hadid,  hələ ətrafında qadın memar olmasa da, kiçik yaşlarından hər zaman memar olmaq arzusu ilə yaşamışdır. 
Zaha Hadid,“Beyrut Amerika Universitet”inin Riyaziyyat fakültəsini bitirdikdən sonra 1972-ci ildə “London Memarlıq Assosiasiyası Məktəb”ində memarlıq təhsili alaraq xəyallarını həyata keçirməyə başlayır. 
Ardınca, Zaha Hadid 1980-ci ildə Londonda öz Memarlıq firmasını quraraq həmin illərdə beynəlxalq institutlarda, xüsusilə “Memarlıq Assosiasiyasında”,daha sonra isə “Graduate School of Design”, “Harvard University və digər başqa nüfuzlu universtitetlərdə dərs deməyə başlayır. 
Riyaziyyat və memarlığın sintezi
Ən əhəmiyyətli uğur və üslubunun səbəblərindən biri, riyaziyyat və memarlığın - iki sahənin öyrənilməsi və sintezidir. İki üslubu  bu qədər qarışdırıb ortaya mükəmməl  bir şey  çıxaran ilk qadın olmaq asan deyil!
Zaha Hadid vurğulamışdır ki, həmişə parametr dizaynı ilə bütün layihələrində təbiətdən ilham alır. Bu, onun sənətə və memarlığa olan sevgisini digər sahələrdən olan insanların diqqətini cəlb etməyə kömək etmişdir. 
Memarlıqda  kişi hakimiyyətinə son qoyan  dizayn ikonası 
2008-ci ildə Forbes jurnalının "100 ən təsirli qadın" siyahısında da adı çəkilmişdir. Unikal üslub, fərqli xüsusiyyətlər və memarlığa gətirdiyi yeni üslub onu dizayn ikonası edirdi. Zaha Hadid adı qızıl hərflərlə yazılmışdır, çünki o, memarlıqda konservativ qaydaları ləğv edən bir qadın idi.  Həmçinin “Pritzker” mükafatı ilə təltif edilmiş ilk və tək qadın kimi tanınır. Bu, arxitektlər arasında Nobel mükafatı kimi nəzərdə tutulur.
Zaha Hadidin bir çox tanınmış layihələri dünyanın hər yerində məşhurdur. Onun layihə olaraq həyata keçirtdiyi:  Vitra yanğınsöndürmə stansiyası, Ağıl zonası, Landesgartenssau 1999, Rouzental Müasir İncəsənət Mərkəzi, Szervita meydan qülləsi, Bergizel hündürdən atlama stansiyası, Qalaksi Soho, İnnovasiya qülləsi, Riversayd Muzeyi,  London Su İdmanı Mərkəzi, “Chanel”  Mobil  Müasir İncəsənət Pavilyonunu və  s. inşaat layihələrini  misal gətirmək olar. 
İşlənmiş betonla necə işləyirdi?
1993-cü ildə tikilmiş Vitra yanğın stansiyası, Zaha Hadidin həyata keçirilmiş ilk layihəsi oldu. Qabaqcadan işlənmiş betondan istifadə edilən layihə, aydın xəttlərə malik, son dərəcə maraqlı bir dizayna sahibdir. Vitranın yanğın hissəsi, dekonstruksiya hərəkətinin təsirini əks etdirən bir şahəsənlik idi.
Azərbaycanda  da öz imzasını təsdiqlədi. 
Onilliklər ərzində biri-birindən orijinal və orqanik dizayna malik olan binaların memarı Zaha Hadid Azərbaycanda da tanınır.
Bakı şəhərində müəllifi olduğu Heydər Əliyev Mərkəzinin dizaynı da ona məxsusdur.
Mərkəzin binası düz səthə malikdir, sanki üzərindən su axıb keçir. Bu formaya dağlar kimi əyriliklər də əlavə olunur və bu forma təkcə dekorativ funksiyanı yerinə yetirmir, həmçinin, bina daxilində naviqasiyanı da yüngülləşdirir.Bu forma sayəsində bina ilə onu əhatə edən mənzərə arasında sərhəd silinir. İnsanlar bu mərkəzə bina olaraq baxmır. Bakının landşaftının bir hissəsi kimi diqqəti cəlb edir. 
Zaha Hadid Heydər Əliyev Mərkəzini özünün əsas layihələrindən biri hesab edirdi. Ornamental və İslam memarlığı üslubunun istifadə olunduğu mərkəz dizaynı 2014-cü ildə Britaniya Dizayn Muzeyi tərəfindən “İlin Dizaynı” mükafatına layiq görülmüşdür.
Onun imzası olan tikililərə baxmaq, dizaynı ilə tanış olmaq, tikinti strukturunda önəm verdiyi memarlıq detallarını  nəzərdən keçirmək  onun həqiqətən qeyri-adi bacarıqlara sahib olmasını əks etdirir.
Zaha Hadid, İstanbulda məscid tikmək arzusunu həyata keçirə bilmədən 2016-cı il martın 31-də kəskin ürək tutmasından dünyasını dəyişmişdir.

 

2 bəyənmə

Oxşar elanlar

Qara Şəhərdən – Ağ Şəhərə

XX əsrin sonlarına doğru başlayan layihələr şəhər sakinləri üçün yeni reallıqları a...

Yan 12, 2024 Ətraflı oxu

"İçərişəhər" 21-ci əsrdə...

Bakının mərkəzində yerləşən unikal tarixi məkan- "İçərişəhər" – Bakı  ...

İyun 22, 2024 Ətraflı oxu

"AREA"da karyera

Rieltor kimi karyera qurmaq istəyən birisinizsə, sizin üçün ən vacib olan amillərdə...

Sen 5, 2024 Ətraflı oxu

28 May

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,  Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbayca...

May 28, 2024 Ətraflı oxu