"Mərdəkanda evlər"

  • 940 İnsan
  • İyul 11, 2024

Mərdəkan – Azərbaycanın ən mühüm dənizkənarı iqlim kurort zonasıdır. Mərdəkan adının tarixinə nəzərə salsaq,  Mərdəkan adının “Mərdlər məkanı” kimi tərcümə olunduğunu, həmçinin qəsəbənin qədim “Mard tayfaları” tərəfindən salındığını görürük. Mardların adına isə ilk Qafqaz Albaniyasında  mövcud olan  tayfaların sırasında rast gəlinir. Bu da onun qədimliyini sübut edən əsas faktdır. Mərdəkanın qədim tikililərinə: Mərdəkan qalası, Mərdəkan qalası-2, Tağıyev imarəti,  Xanbaba hamamı,  Tuba şahı məscidini misal gətirmək olar.
Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdır.

Mərdəkan - Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır.

Burada məhşur kardioloji, nevroloji(Günəşli), qastroentoroloji (Abşeron)uroloji, vərəm dispanseri, sanatoriyalar, pansionatlar, iqlim müalicəsi üçün istirahət və müalicə yerləri vardır.


Həmçinin qəsəbədə  İcra hakimiyyəti binası, Heydər Əliyev Mərkəzi, Dendrologiya parkı və burada S.Yesenin ev muzeyi, Xəzər rayon xəstəxanası, özəl tibb müəssisələri, mədəniyyət və gənclər evi , 2 kitabxana,  yeni/tikili sosial binalar  və s. vardır.

Mərdəkan  qəsəbəsinin  şəhərdən aralı məsafədə yerləşməsinə baxmayaraq, əhali burada sıx məskunlaşmışdır. Son illərdə  Mərdəkanın Əncirli, Qızılqum, Köçərilər bağ yerlərinin  böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişdir.

Gün – gündən  əhalisinin sayı artan  qəsəbə, inkşaf edir çiçəklənir. 20 il bundan əvvəlki  dövrlərə diqqət etsək,   qəsəbənin necə inkşaf etdiyini görə bilərik.  Burada yeni tikilmiş hündür mərtəbəli binalar, özəl evlər, böyük hipermarketlər,  yeni salınmış parklar və özəl villalar şəhərin  inkşafını göstərən əsas meyar kimi əsaslandırılır.

Mərdəkan qəsəbəsi, yaşayış məntəqəsi olmasından əlavə həmçinin, bağlar massivi kimi də tanınır.  Buranın qumsal torpaqları,  iqliminin uyğun olması, həmçinin  dənizinin mövcudluğu, bu ərazidə  bağ evlərinin inşası üçün zəmin yaradır. Burada  qəsəbə  inkşaf etdikcə torpaqların və yeni/tikililərin,  həmçinin,  villaların  qiyməti  yola  və dənizə yaxın yerləşməsi prinsipindən asılı olaraq artır.
Burada tikilən  yeni binalar keyfiyyətli   materiallara və yeni  texnologiyalara  əsaslanır.  Son illərdə daha çox vilların tikilməsi isə danılmazdır.
Bu qəsəbədə yerləşən yeni tikililərdən mənzil almaqla, özünüz və ailəniz üçün əsas investisiya etmiş  olursunuz. Bu ərazidə mənzil əldə etməklə siz həm qış həm də yay aylarında yaşayış üçün əmlak əldə edirsiniz.  Nəzərə alsaq ki, yay aylarında  dincəlmək  üçün şəhər əhalisi  Mərdəkan kimi kurort zonalarına üz tutur, və  dəniz kənarında  mənzilləri icarə etməyə tələsirlər.

 Həmçinin, burada dənizin olması  ailə üzvləriniz və sizin  üçün yayı əyləncəli və maraqlı  edəcəkdir.  Dənizin  sahilində  Amburan Beach,  Dalğa Arena, Mərdəkan aquparkı,  müasir çimərliklər, bir –neçə km –likdə yaxın məsafədə yerləşən  "Sea- Breeze" istirahət və yaşayış kompleksinin olması yayın qızmarlığını  sizə unutduracaq.

Əgər siz də Mərdəkan kimi son dərəcə prestijli bir qəsəbədə əmlak sahibi (bağ evi, villa, torpaq sahəsi) olmaq istəyirsinizsə, bizə müraciət edin, bizdə sizin üçün əla təkliflər var!
 

0 bəyənmə

Oxşar elanlar

Dünyada ən bahalı mənzillərin yerləşdiyi şəhərlər

Beynəlxalq Maliyyə Mərkəzləri. Ən bahalı mənzillər adətən beynəlxalq maliyyə mərkəzlərində yerləş...

Okt 4, 2024 Ətraflı oxu

Baş planın daşınmaz əmlaka təsiri

Dövlət başçısının göstərişinə əsasən, şəhərin planlı və sistemli inkişafını təmin e...

Fev 1, 2024 Ətraflı oxu

Knightsbridge Residence

  Bakı haqqında ümumi fikirlərin təbiəti ilə reallıq arasında çox böyü...

Fev 21, 2024 Ətraflı oxu

Daşınmaz əmlaka yatırım

Əmlaka yatırım etməkdə əsas məqsəd investisiyadan mənfəət əldə etməkdir. Əmək haqqıdan əlavə olaraq...

İyul 3, 2024 Ətraflı oxu