Port Baku Residence: Lüks yaşayışın yeni səviyyəsi
Port Baku Residences, Bakının mərkəzində yerləşən və lüks yaşayış standartlarını müəyyən e...
Bakıda 2024 –cü il də daşınmaz əmlakın qiymətində artımlar müşahidə edilir. Belə ki, fevral ayından bu günə qədər həyət evlərinə maraq artdığına görə, fərdi evlərdə və torpaq sahələrində qiymətin 1,4% artdığını görürük. Yaşayış binalarında və qeyri-yaşayış obyektlərində isə tələb dəyişməyib. Yaşayış binalarındakı mənzillərdə 0,9% aylıq, qeyri-yaşayış sahələrində isə 1,3 faiz aylıq qiymət artımının olması qeydə alınmışdır.
Daşınmaz əmlakda qiymət artımının əsas səbəbi.
Daşınmaz əmlak üzrə ekpert Elnur Fərzəliyev bildirmişdir ki, artıq uzun illərdir ki, Bakı və Sumqayıt, həmçinin digər böyük şəhərlərdə tələbat artdıqca daşınmaz əmlakın qiymətində də artımlar müşahidə edilir. Əvvəlki illərin qiymətlərini araşdırdıqda görərik ki, daşınmaz əmlakların qiyməti arasında 10-15, bəzən isə 20 dəfəyə qədər artım baş verib. Bu artımlar 3 səbəbdən asılı olaraq dəyişir. 1) dünyada gedən proseslərdən, 2) ölkənin iqtisadi gəlirlərindən 3) tələbatın artması səbəbindən baş verir.
Eyni zamanda, tələb çox, təklif az olduğu halda da qiymət artımı baş verir. Artıq istər fərdi həyət evləri, istərsə də çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin məhdudlaşması onların satış qiymətlərinə təsir edir. Təbii ki, bu tikinti xərclərini də artırır.
Sənədli və sənədsiz əmlaklar.
Ümumiyyətlə, daşınmaz əmlak çıxarışlı və çıxarışsız olmaqla iki yerə ayrılır. Bu gün ölkəmizdə çıxarışlı əmlaklar çıxarışsızlara nisbətən daha baha olsa da onlara tələbat daha çoxdur. Həmçinin bu çıxarışlı əmlakların kredit və ipoteka yolu ilə satışa çıxarılması onlara olan tələbi yüksəldir. Bu isə qiymət artımını qaçılmaz edir.
Bəs qiymət artımı nə vaxta qədər davam edəcək?
İlin sonuna qədər qiymətlərdə artımlar daha çox müşahidə olunacaq. İyun, İyul və avqust aylarına gəldikcə qiymət artımları torpaq səhələrində, bağ və fərdi həyət evlərində özünü göstərəcək. Soyuq aylarda isə tələbat daha çox bina evlərinə olur. Təxminən bu proses isə avqustun sonundan sentyabrın əvvəlindən başlayacaq
Port Baku Residences, Bakının mərkəzində yerləşən və lüks yaşayış standartlarını müəyyən e...
Son illər ərzində, sürətlə inkşaf edən süni intellekt (Sİ) gündəlik həyatımızın...
Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünü...
Bakı şəhərinin günü- gündən gözəlləşən küçələrini, qəsəb...