Daşınmaz əmlakı baha və təcili satmaq?
Niyə məhz bizi? Çünki bizimlə vaxta, əsəblərə və pula qənaət edəcəksiniz. Addımlar &cce...
Gözəl bir mənzilə sahib olandan sonra ağıla gələn ilk sual budur, evimi necə, hansı üslubda, hansı dizaynda təmir edim? Necə təmir edim ki, yorucu və köhnə üslubda olan mənzillərə bənzəməsin və ən önəmlisi: büdcəmə qənaət edim?
İlk öncə bilmək lazımdır ki, mənzilinizin interyer dizaynını planlamadan əvvəl istəklərinizi, tələblərinizi və məkanın funksionallığını nəzərdən keçirmək lazımdır. Bu tövsiyələr, məkanınızı istədiyiniz kimi şəkilləndirməyə kömək edəcək.
Məşhur dizayner Li Brum deyir ki: "Son zamanlarda insanların dizayn zövqü dəyişib. Bir başlanğıc üçün, hamımız daha yaxşı bir görüntü arzulayırıq. Bunu əldə etmək üçün əvvəlcə beyinlərinizi daha müsbət düşünməyə kökləmək lazımdır. Bu, sizi sevindirən şeylər və ətrafınızdakı insanlarla mümkündür”.
Bu yazıda məhz ev dizaynında çətinlik çəkənlər daha diqqətlə oxumalıdırlar. Çünki dizayn elə bir sahədir ki, büdcədən, düşüncə tərzindən, araşdırdırılan üslubu sevməkdən, rahatçılıq səviyyəsindən, ən əsas da xarakterdən asılı olaraq dəyişən sahədir. Ev dizaynında məhşur olan bəzi üslublar var ki, zaman keçsə də onlar öz elit səviyyəsini hələ də qorumaqdadır. Əlbəttə, müasir üslublar dizayna əlavə olunsa da, onların yeri həmişə toxunulmaz olaraq qalır. Neoklassika, klassik, avanqard, Rokko, Barokko, Ampir, Eklektika, Loft, Minimalistika və s. kimi bir neçə dizayn üslubu məhşurluğu ilə seçilsə də, bəzən insanlar bu dizayn üslubları arasındakı fərqə və hansını seçməli olduğuna qərar verə bilmir. Bəs görəsən dizayn üslubları arasındakı fərqlər nədən ibarətdir?
Bir qədər dizayn üslublarını incələyək.
- Neoklassik üslub - XX əsrin ortalarının dizayn üslubunu modern üslubla birləşdirərək öz evində həm keçmişdən, həm də gələcəkdən bir “nəfəs” görmək istəyən müştərilərin vazkeçilməz seçiminə çevrilmişdir. Neoklassik üslubu digərlərindən fərqləndirən ən önəmli detal onun qızılı rəng çalarlarına sahib olmasıdır. Bu da evi daha zəngin və aristokratik göstərməyə yardımçı olur.
- Klassik üslub – klassik dizayn üslubu ənənəvi elementlərdən vazkeçməyənlər üçün nadir tapıntıdır desək yanılmış olmarıq. Klassik detallar, qabarıq əşya və aksesuarların istifadəsi və tünd rəngli taxta materiallar bu üslubu digərlərindən ayıran ən mühüm xüsusiyyətlərdir. Keçmişdən vazkeçməyənlərin üslubudur.
- Avanqard – qeyri-adi insanlar üçün xarakterikdir.Bu üslubun ən nəzərəçarpan xüsusiyyəti onun qeyri-adi olmasıdır. Tamamilə standartdan kənar, ziddiyətli və bir-birinə uyumsuz olan yataq rənglər, qeyri-standart planlama və aksesuar istifadəsi bu üslubu digərlərinə görə çox az seçim predmeti etsə də, avanqard üslubu seçərək evinizin hərzaman diqqət mərkəzində olacağına əmin ola bilərsiz.
- Barokko - XVII əsrdə Romada yaranmışdır. Daha sonra İtaliya, Fransa, Portuqaliya və İspaniyada yayılmağa başladı. Bu üslubda olan interyer formalarının zərif, mürəkkəb və dəbdəbəli dekorasiyası ilə seçilir. Dəbdəbəli interyer bütün lazımı detalları seçməklə yaradılır və əsl “kral” mənzilinə bənzəyir. Digər üslublarda belə zərif və mürəkkəb lüks tapmaq mümkün deyil. Amma belə üslub yaratmaq heç də asan deyil. İnteryerin bahalı görünməsı üçün o, bahalı olmalıdır. Yəni, dekorasiya üçün yüksək keyfiyyətli - təbii materiallardan istifadə olunur. Bu üslubda mebelin böyük rolu var. Rəng çalarlarına ağ, krem, bej, karamel, tünd qırmızı, qəhvəyi, mavi aiddir.
- Ampir – interyerin rəng çalarları zəngin və dəbdəbəli kral rəngləridir: qırmızı, yaşıl, mavi. Qızıl, gümüş və bürüncdən də dekorda geniş istifadə olunur. Ampirin fərqləndirən memarlıq elementləri – sütun, pilyastr, friz, konsollar antik imperiyaların formalarından götürülüb. Həmçinin dekorda şir, qartal, antik sfinks və qrifonlar həmçinin heykəllərdən də çox vaxt istifadə olunur. Ampir üslubunun həndəsi formaları – dəqiq düz xətlər və bucaqlardır. Ampir üslubu təntənəlik, teatrallıq, genişliyi ilə fərqlənir. Bu üslub geniş otaqlar, mərasim zalları üçün yaradılıb, o, böyük işlər üçün xoş əhval-ruhiyyə yaradır, tam qələbəyə doğru yönəldir.
- Eklektika - termini müxtəlif üslub, forma və metodların birləşməsini bildirir. Bu üslubda interyer dizayn etmək çətin deyil, yalnız məkan sahibindən cəsarət tələb edir. Eklektik üslub memarlıqda, landşaft dizaynında, dizaynda və dəbdə illərdir mövcuddur. Eklektika üslubunu "Mədəniyyətlərin dialoqu" adlandırırlar. Bu üslub daha çox evə müxtəlif ölkələrdən hədiyyələr gətirənlərə daha uyğundur. Eklektika üslubu təkcə mənzillər üçün deyil, kafe, restoran, ofis, foyelər üçün də keçərlidir. Bu üslubda əsas xətlərin plastikliyi, parçaların çoxluğu, rahat mebel, heykəlciklər, səyahətdən gətirilmiş fiqurlardır.
- Loft – təbiətdən gələn gözəllikdir. Əgər evinizdə canlı görünüş və təbiətdən gələn xüsusi rahatlıq hissi istəyirsinizsə, loft üslubu tamamilə sizin üçün yaradılıb. Təbiətin ahəngdarlığını hiss etmək üçün loft üslubu sizi bütün mümkün imkanlarla təmin edəcək. Taxta materiallardan və metallardan istifadə, xüsusi təbiət harmoniyasının təsvir edilməsi bu üslubu digərlərindən tamamilə ayırır.
- Minimalistika - bu dizayn üslubunda assimmetrik, aydın və proporsional xəttlər əsas diqqəti cəlb edir. Mebellər müasir, düzgün formalı, tutumlu və çoxfunksionaldır. Ağ, boz, qara, bej və gümüşü rənglərdən istifadə olunur. Bu üslubda böyük əşyaların və boş sahənin daha çox olması əsas xüsusiyyətlərdən sayılır.
Beləliklə, əgər rahatlıq və funksionallıq əsasında bir ev yaratmaq istəyirsinizsə, ev dizaynının əsas prinsiplərini və üslublarını öyrənib yaxşıca araşdırın. Ürəyinizə xoş olan üslubu incələyin. Həmən üslubda sizin və ailə üzvlərinizin bəyəndiyi uyğun rəng çalarlarının digər rənglərlə sintezini təsəvvür edin. Xəyalınızda qurduğunuz mənzilin əvvəlcə maket formasına baxın. Bunun üçün dizayn sahəsində kifayət qədər təcrübəsi olan “AREA” şirkətinə də müraciət edə bilərsiniz. Unutmayın, istədiyiniz mənzilə sahib olandan sonra əsas məsələ onun rahatlığı, funksionallığı, və könlünüzə xoş olan dizaynı ilə dekorlarıdır.
Ardı var...
Niyə məhz bizi? Çünki bizimlə vaxta, əsəblərə və pula qənaət edəcəksiniz. Addımlar &cce...
Bugün bir çox insanlar mənzil alarkən "Mənzili haradan alım? Şəhərin mərkəzin...
Əgər əvvəllər bir mənzil sahibi bu yaşayış sahəsinə qeydiyyata alınmaqla ən azı beş il vergi öd...
"Flame Towers", Bakı şəhərinin mərkəzində yerləşən və müasir memarlığın şah əsərlərin...