Studio mənzil
Studio mənzil, bir otaqdan ibarət olan açıq planlı bir yaşayış yeridir. Dünya te...
Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünür. Sərmayə qoymağın əsas məqsədi əlimizdəki vəsaiti qorumaqla bərabər qazancı daha da artırmaqdır. Sərmayəni dəyərləndirməyin bir çox yolu var. Lakin ən effektik yolu onu daşınmaz əmlaka – yəni əmlak investisiyasına yatırmaqla həyata keçirməkdir. Əmlak investisiyası dedikdə - binalar, torpaqlar, evlər və ya ticarət mülkiyyəti kimi daşınmaz əmlak alqı-satqısı və ya icarəyə vermək yolu ilə sərmayəni investisiya etmək anlaşılır.
Sərmayənizin risksiz dəyər qazanmasını istəyirsinizsə, daşınmaz əmlak növlərindən biri olan mənzilə investisiya qoymağın nə qədər vacib olduğunu bilməlisiniz! Təsadüfi deyil ki, iş adamları investisiyalarını çox vaxt daşınmaz əmlaklara yatırırlar. Daşınmaz əmlaka, xüsusən də xaricdə investisiyalara qarşı maraq son dövrlər artmağa başlamışdır. Xaricdə ev almaq ən etibarlı investisiya növlərindən biri hesab olunur. Tədqiqatlar göstərir ki, dünyanın hər yerindən investorlar investisiya obyekti kimi getdikcə daha çox yaşayış daşınmaz əmlakını seçirlər. Bu gün bir çox Azərbaycanlı da artıq xaricdə mənzil almaq istəyir.
Bəs görəsən xaricdə mənzil alan şəxs hansı üstünlüklərə sahib olacaq?
Yatırım imkanları: Əcnəbi ölkələrdə əmlakın dəyəri bir neçə dəfə arta bilər. Beləliklə, xaricdə mənzil almaq uzun müddətli bir yatırım olaraq düşünülə bilər.
Mənzil sərfəli ola bilər: Bəzən fərqli ölkələrdə əmlak qiymətləri yerli qiymətlərə nisbətən daha münasib olur. Bu, daha böyük bir mənzil almaq və ya mükəmməl bir yaşayış məkanı əldə etmək üçün sərfəli ola bilər.
Viza imkanları: Bəzi ölkələrdə mülkiyyət sahibi olmaq, o ölkənin viza proseslərində və oturma izni əldə etmək üçün bir avantaj yarada bilər.
Ailə üzvlərinin gələcəyi: Əgər ailədə təhsil alan yeniyetmələr varsa, onların həm təhsili həm də gələcəkdə iş imkanlarını nəzərə almaqla onların gələcəyini də sığortalamış olacaqsınız.
Mənzilin keyfiyyəti və dizaynı: Fərqli ölkələrdə mənzillər fərqli arxitektur və dizayn sahələrində özünü göstərə bilər. Beləliklə, fərqli bir mənzil alaraq yaşayış təcrübəsini zənginləşdirə bilərsiniz.
Xaricdə mənzil almaq, fərqli yaşayış təcrübəsi təmin edir. Fərqli bir məkan və mədəniyyət, yeni insanlarla tanış olmaq, dil öyrənmək və ya müxtəlif məkanları görüb öyrənmək kimi imkanlarda investorun üstünlüklərindən sayılır.
Bəs, görəsən əcnəbi ölkələrdə investor olmazdan əvvəl daha hansı məlumatları bilməliyik?
Bəzi ölkərə qısa səyahət edək.
Türkiyənin daşınmaz əmlak bazarı. Son illərdə Türkiyədə daşınmaz əmlak sektoru investorlar üçün xüsusilə cəlbedici olub. Türkiyədə həm investisiya, həm də şəxsi istifadə üçün maraqlı ola biləcək geniş çeşidli əmlak təklif edir. Türk daşınmaz əmlakına investisiya qoymağın əsas səbəblərindən biri onun cəlbedici dəyəridir. Digər Avropa ölkələri ilə müqayisədə Türkiyədə əmlak qiymətləri nə qədər qalxsada nisbətən aşağı olaraq qalır. Bu, gələcəkdə daşınmaz əmlakın satışından yaxşı qazanc əldə etmək üçün imkanlar açır. Bundan əlavə, Türkiyənin yüksək turizm potensialı var ki, bu da bu ölkədə daşınmaz əmlakı kirayə üçün cəlbedici edir. İstirahət evlərinə yüksək tələbat investisiya gəlirlərinə müsbət təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, Türkiyədə xarici daşınmaz əmlak investorları üçün əlverişli qanunvericilik mövcuddur. Son illərdə daşınmaz əmlakın əldə edilməsi və ona sahiblik prosesinin sadələşdirilməsi üçün bir çox islahatlar aparılmışdır. Bu, investorlar üçün əlavə təminatlar yaradır və onların Türkiyədə daşınmaz əmlak bazarına inamını artırır. Ümumiyyətlə, xaricdə, xüsusən də Türkiyədə daşınmaz əmlaka investisiya qoymaq sabit və perspektivli aktivə investisiya qoymaq istəyənlər üçün cəlbedici fürsətdir. Statistikaya görə ildən ilə əcnəbilər Türkiyədə daha çox obyekt alırlar. Bu ölkə Azərbaycan investorları üçün dünyanın ən rəqabətli daşınmaz əmlak bazarının mövcudluğu, son 10 ildə 3 dəfə artması, əlverişli coğrafimövqeyi (Türkiyə Qərblə Şərq arasında körpüdür), obyektlərin seçilməsi və ölkədə qalmağın sadə şərtlərindən sayılır.
Londonda əmlak qiymətinin artımı. Əcnəbi ölkələr arasında daha bir mənzil investisiyasına yatırım edilməsi ideal sayılan şəhər London şəhəridir. Londonda evi olmayan məşhur iş adamlarına az rast gəlmək mümkündür. Burada ortalama bir evin qiyməti 500 min funt-strenliqə (təqribən 1,2 milyon manat) bərabərdir. Britaniyanın “The Evening Standart” qəzetinin məlumatına görə, Londonda 2 milyon funt-sterlinqdən (8 milyon manat) baha olan evlərin sayı 1000-i keçib. Statistikaya görə, Londonda hər il evlərin qiyməti artır. Son bir ildə isə elit mənzillərin qiymətində 32 faiz artım müşahidə olunub. Son illərdə Londonda ortalama bir evin qiymətinin 2 milyon manata qədər qalxmağı heç kimdə şübhə doğurmadı. Buna baxmayaraq yenədə mənzilə yatırım edənlərin sayının artdığını müşahidə edirik.
Xaricdə daşınmaz əmlak almağın üstünlüyü bir çox hallarda həmən ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək hesab olunur. Əgər bu gün əlinizdəki vəsaitin miqdarını artırmaq, gələcəyinizi və ailə üzvlərinin gələcəyini sığortalamaq istəyirsinizsə, düşünmədən daşınmaz əmlak alın. Zamanla əmlak qiymətinin artması sizin əlinizdə olan əmlakın nəyinki maya dəyərini geri qaytaracaq hətta sizin üçün tapılmaz sərvət olacaq.
Və unutmayın ki, məhz bizimlə - “AREA” ilə daşınmaz əmlaka sərmayə etmək sizin kapitalınızı sığorta edir və qazandırır...
Studio mənzil, bir otaqdan ibarət olan açıq planlı bir yaşayış yeridir. Dünya te...
Ev təmiri bu yaradıcı və həyəcan verici bir prosesdir. Ancaq nəticənin gözləntilərə uyğun olmas...
Bazar araşdırması göstərdiyimiz xidmətlərdən sadəcə biridir. Bu dəfə Bakıda yerləşən anbarlar b...
"Sabah Residence” yaşayış kompleksi, Bakı şəhərində yerləşən müasir və prestijli bir...