Daşınmaz əmlaka yatırım

  • 1267 İnsan
  • İyul 3, 2024

Daşınmaz əmlaka yatırım

Əmlaka yatırım etməkdə əsas məqsəd investisiyadan mənfəət əldə etməkdir.
Əmək haqqıdan əlavə olaraq hər ay gəlir əldə etmək və ya birdəfəlik yaxşı bir məbləğ qazanmaq mümkündür. Əmlakdan nə əldə etmək istədiyinizi düşünün bu, sonrakı addımları müəyyən edəcək.

Yatırım etmək üçün ən sadə variant yaşayış üçün əmlakdır. Bu, mənzillər, bina evləri kimi  yaşayış sahələri  ola bilər. Çünki, əhalinin sayı artdıqca əmlaka yatırım etmək mənfəət əldə etmək və ya qazanc əldə etmək ehtimalınız daha yüksəkdir.

Əgər birdəfəlik gəlir əldə etmək istəyirsinizsə , o  zaman mənzillərin birdəfəlik satıldığı ərazidə  təməl mərhələsində yenitikili  binalardakı mənzillərə investisiya edə bilərsiniz. Əgər kirayədən gəlir əldə etmək istəyirsinizsə, metroya, universitetlərə, biznes mərkəzlərinə yaxın olan mənzillər ala bilərsiniz.

Lakin, investisiyanı  digər növ əmlaklara da etmək mümkündür:

Qeyri-yaşayış — anbar, ofis, mağaza və gözəllik salonu və s.  Bu variant təcrübəli investorlar üçün daha münasibdir. Üstəlik, həmişə bu obyektlər mənzildən  daha bahalıdır, üstəlik qeyri-yaşayış obyektləri adətən yaşayış obyektlərindən daha dəyərli və likvid olur. Lakin belə əmlakı əldə  etmək üçün ciddi kapitala ehtiyac var.

Apart otel otağı —Bu növ əmlakda yaşamaq üçün bütün şərait var. Ona görə bu evləri icarə vermək çətin olmur.  İnvestor bu işi rahatlıqla daşınmaz əmlak şirkətinə həvalə edə bilər.

Torpaq sahələri-- Tikililər və tikinti işlərinə lazım olan sahələr daha ucuzdur - Tikinti işlərinə başlamaq üçün torpaq sahələri yatırım etmək üçün məqsədəuyğundur.

Əlavə investisiya etmək lazım deyil(təmir etmək və ya kommunal xidmətləri ödəmək) - Üstəlik, torpaq sahələri təmir və ya kommunal xərclər kimi əlavə xərc tələb etmir.

Buna görə də torpaq sahələrinə yatırım etmək olduqca mənfəətli sayılır.

Qarajlar və avtomobil dayanacaqlar.  Əmlak investisiyasının ən yayılmayan növü olsa da, avtomobil sürücüləri tərəfindən tələb olunur. Bu problem xüsusəndə park etmə problemi olan böyük şəhərlərdə baş verir.

İnvestisiya strategiyasının düzgün seçilməsi.

Əmlakdan mənfəət 2 gəlir növü ilə əldə olunur.

1. Aktiv gəlir

2. Passiv gəlir

Aktiv gəlir - bir əmlakı alıb, müəyyən müddətdən sonra daha baha qiymətə satmaqdır.

Passiv gəlir - bir əmlakı alıb, onu icarəyə vermək.

Əmlak sahibi olduqdan bir müddət sonra qiymətlər arta bilər. Siz qazancı saxlaya  ya da ki, yenidən investisiya edə bilərsiniz.  Əmlak sahibi olduqdan sonra qiymətlər artarsa, siz qazancı saxlaya və ya yenidən investisiya edə bilərsiniz.

Gəliri həmişə artıra bilərsiniz. Mənzili aylıq olaraq deyil, günlük icarəyə verə bilərsiniz,   əldə olunan gəlir ilə yenə yatırım edə bilərsiniz.

Minimal risklər. (əgər icarəyə verə bilməsəniz və kapitalı geri götürmək istəsəniz əmlakı satmaq mümkündür)

Bəzən obyekt bir neçə həftəlik boş ola bilər, gəlir  həmişə sabit olmaz.

Kirayənişinlər  problemli ola bilərlər(ödənişi gecikdirə və ya təmirə ziyan verə bilərlər).

Kommunal xidmətlər, təmir, təmizlik, vergi ödənişləri daxil olmaqla xərcləri nəzərə alın.

Strateji. Bir dəfəlik gəlir əldə etmək. Məsələn, tikinti mərhələsindəki mənzili alıb, təhvil mərhələsində isə satmaq mümkündür.


Əgər hər hansısa bir əmlaka kapital yatırmaq istəyirsinizsə, “AREA”  şirkətinə müraciət edə bilərsiniz - Əgər siz də yatırım etmək istəyirsinizsə, "AREA" şirkətinə müraciət edə bilərsiniz.
 

 

0 bəyənmə

Oxşar elanlar

H. Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı

Kasıb bir başmaqçı ailəsində doğulub, milyonçuya çevrilən Hacı Zeynalabdin Tağı...

Sen 24, 2024 Ətraflı oxu

Port Baku Residence

Binanın memarlıq üslubu müasirdir. Ən yüksək qüllə aşağı və yuxarı əsaslarla &uu...

Yan 16, 2024 Ətraflı oxu

"Sea Breeze də Villa"

 Sea Breeze-də yerləşən villaların özəlliyi Azərbaycanın unikal mərkəzlərindən biri olan ...

Okt 8, 2024 Ətraflı oxu

Əmlaka yatırım haqqında məhşurların fikirləri

Əmlaka yatırım etmək, maliyyə sərmayələrində ənənəvi və populyar bir yanaşmadır. Bir çox m&uu...

Okt 4, 2024 Ətraflı oxu