Daşınmaz əmlakın bahalaşma səbəbləri

  • 2015 İnsan
  • İyun 19, 2024

Daşınmaz əmlakın bahalaşma səbəbləri

Bakıda 2024 –cü il də  daşınmaz əmlakın qiymətində artımlar müşahidə edilir. Belə ki, fevral ayından bu günə qədər həyət evlərinə maraq artdığına görə,  fərdi evlərdə və torpaq sahələrində  qiymətin 1,4%  artdığını görürük. Yaşayış binalarında və qeyri-yaşayış obyektlərində isə tələb dəyişməyib. Yaşayış binalarındakı mənzillərdə 0,9% aylıq, qeyri-yaşayış sahələrində isə 1,3 faiz aylıq qiymət artımının olması qeydə alınmışdır.

Daşınmaz əmlakda qiymət artımının əsas səbəbi.
Daşınmaz əmlak üzrə ekpert Elnur Fərzəliyev bildirmişdir ki, artıq uzun illərdir ki,  Bakı və Sumqayıt, həmçinin digər böyük şəhərlərdə tələbat artdıqca daşınmaz əmlakın qiymətində də  artımlar müşahidə edilir. Əvvəlki  illərin qiymətlərini araşdırdıqda görərik ki, daşınmaz əmlakların qiyməti arasında 10-15, bəzən  isə 20 dəfəyə qədər artım baş verib. Bu artımlar 3 səbəbdən asılı olaraq dəyişir. 1) dünyada gedən proseslərdən, 2) ölkənin iqtisadi gəlirlərindən 3) tələbatın artması səbəbindən baş  verir.

Eyni zamanda, tələb çox, təklif az olduğu halda da qiymət artımı baş verir. Artıq istər fərdi həyət evləri, istərsə də çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin məhdudlaşması onların satış qiymətlərinə təsir edir. Təbii ki, bu tikinti xərclərini də artırır.

Sənədli və sənədsiz əmlaklar.

Ümumiyyətlə, daşınmaz əmlak çıxarışlı və çıxarışsız olmaqla iki yerə ayrılır. Bu gün ölkəmizdə çıxarışlı əmlaklar çıxarışsızlara nisbətən daha baha olsa da onlara tələbat daha çoxdur. Həmçinin bu çıxarışlı əmlakların kredit və ipoteka yolu ilə satışa çıxarılması onlara olan tələbi yüksəldir. Bu isə qiymət artımını qaçılmaz edir.

Bəs qiymət artımı nə vaxta qədər davam edəcək?

İlin sonuna qədər qiymətlərdə artımlar daha çox müşahidə olunacaq.  İyun, İyul və avqust aylarına gəldikcə qiymət artımları torpaq səhələrində, bağ və fərdi həyət evlərində özünü göstərəcək. Soyuq aylarda isə tələbat daha çox bina evlərinə olur. Təxminən bu proses isə avqustun sonundan sentyabrın əvvəlindən başlayacaq

0 bəyənmə

Oxşar elanlar

Daşınmaz əmlaka yatırım etmək üçün 4 səbəb

Daşınmaz əmlaka investisiya ən çox üstünlük verilən investisiya növü...

Noy 15, 2023 Ətraflı oxu

Əmlak alqı və satqısı

25 ildən artıq təcrübəmizlə ölkənin qabaqcıl daşınmaz əmlak agentliyi olaraq rieltorlarımı...

10 Okt, 2023 Ətraflı oxu

Martın 12-dən 28 mayın qarşısında avtomobil saxlamaq mümkün olmayacaq

Martın 12-dən etibarən metronun 28 may stansiyasının qarşsında avtomobillərin saxlanılmasına qadağa ...

Mar 12, 2024 Ətraflı oxu

Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

Əgər əvvəllər bir mənzil sahibi bu yaşayış sahəsinə qeydiyyata alınmaqla ən azı beş il vergi öd...

10 Okt, 2023 Ətraflı oxu