"Köhnə tikili, yoxsa yeni tikili?" #2

  • 423 İnsan
  • Sen 27, 2024

Yeni tikilinin yaranması sovet dövrünün sonlarına və müstəqillik dönəminin əvvəllərinə təsadüf edir.  İlk yeni tikililər müstəqillikdən sonra, 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində inşa edilməyə başladı. Bu dövrdə tikinti sektoru sürətlə inkişaf etməyə başladı və Bakıda və digər böyük şəhərlərdə yeni, müasir  üslubda binalar tikilməyə başladı.

Bu dövrdə həmçinin xarici investorların və tikinti şirkətlərinin də Azərbaycan bazarına daxil olması ilə tikinti sektoru daha da canlanmış və yeni tikililərin sayı sürətlə artmışdır.

Yeni tikililərdə olan  mənzillərin üstünlükləri:

  • Müasir rahatlıq səviyyəsi. Bakının  mərkəzində, həmçinin mərkəzindən kənarda  yerləşən yeni binalar müasir texnologiyalar və rahatlıqlarla təmin edilmişdir.  Məsələn, liftlər, kondisionerlər və mərkəzi istilik sistemi.
  • Konstruktorun etibarlılığı. Yeni binalar müasir təhlükəsizlik və enerji səmərəliliyi standartlarına uyğun olaraq tikilir. Buna görə də, onların əksəriyyəti zəlzələlər zamanı təhlükəsizliyi  təmin edir.
  • Zəmanət və xidmət. Bu gün yeni tikilmiş yaşayış kompleksləri   mənzillərə zəmanət verir və  yüksək xidmət təmin edirlər.

Yeni tikililərin  digər xüsusiyyətləri.

  • Qiymət. Yeni tikililərdəki mənzillər adətən köhnə binalardakı mənzillərdən daha bahalıdır.
  • Yerləşmə. Yeni binalar şəhərdən aralı yerləşdikdə, işə getmək  və ya ictimai nəqliyyata əlavə vaxt tələb edir
  • Kiçik sahə. Yeni binalardakı mənzillər  kiçik sahədən ibarət olduqda çox zaman standart planlaşdırmalara malik olur

Köhnə tikili mənzillərin  üstünlükləri:

Memarlıq üslubu. Köhnə tikililərdə  unikal memarlıq üslubu üstünlük təşkil edir. Zərif tavan bəzəkləri, panoramik pəncərələr; böyük palıd qapıların  olması mənzili daha özəl edir. Bəzi köhnə mənzillər əsl sənət əsərləridir.

Geniş planlaşdırmalar. Köhnə binalarda daha geniş planlaşdırmalar, hündür və kiçik  tavanlı mənzillər tapmaq mümkündür.

Köhnə tikililərin digər cəhətləri.

Texniki vəziyyət. Köhnə binalar müntəzəm təmir və baxım tələb edir. Onların kommunikasiya sistemləri köhnə xətlərdən olduğu üçün  bu da gündəlik həyatda  bəzən  narahatlıq yaradır.

Səs və izolyasiya. Müasir səs izolyasiya texnologiyalarının olmaması səbəbindən köhnə binalarda səs olur, həmçinin onlar  xarici təsirlərdən az izolyasiya olurlar.

Müasir rahatlıqlar. Köhnə binalarda tez-tez işlək olan liftlər olmadığına görə, bəzən lift gözləmələri yorucu olur. 

Beləliklə, köhnə binadakı mənzil ilə yeni tikilidəki mənzil arasında seçim sizin prioritetlərinizdən asılıdır. Əgər mənzilinizin, memarlıq üslubu və unikal xarakteri vacibdirsə, köhnə binalara  üstünlük verin.
 Əgər müasir rahatlıqlar, modern üslub və tikintinin keyfiyyəti vacibdirsə, yeni tikili daha yaxşı variant ola bilər. Yekun qərar vermədən əvvəl bütün  detalları araşdırmaq vacibdir. 
Köhnə və ya yeni tikili binada , ən yaxşı mənzilə sahib olmaq  üçün  “Area” daşınmaz əmlak şirkətinə müraciət edə bilərsiniz.

0 bəyənmə

Oxşar elanlar

Bakı Bulvarı

Bakı Bulvarı (rəsmi adı ilə Dənizkənarı Milli Park) Bakı şəhərinin ən məşhur və simvolik ictimai mək...

Sen 19, 2024 Ətraflı oxu

Daşınmaz əmlaka yatırım etmək üçün 4 səbəb

Daşınmaz əmlaka investisiya ən çox üstünlük verilən investisiya növü...

Noy 15, 2023 Ətraflı oxu

Bakıda icarəlik anbarlar

Bazar araşdırması göstərdiyimiz xidmətlərdən sadəcə biridir. Bu dəfə Bakıda yerləşən anbarlar b...

10 Okt, 2023 Ətraflı oxu

Bu ərazilərdə binalar söküləcək!

Bakıda sökülən binalara görə kompensasiya Maliyyə Nazirliyi tərəfindən bazar qiyməti ...

Okt 3, 2024 Ətraflı oxu