Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

  • 6994 İnsan
  • 10 Okt, 2023

Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

Əgər əvvəllər bir mənzil sahibi bu yaşayış sahəsinə qeydiyyata alınmaqla ən azı beş il vergi ödəməkdən azad edilirdisə, 01.01.2020 -ci il tarixdən bu müddət üç təqvim ilinə endirildi. Digər tərəfdən, mülkiyyətində olan mənzil satıldıqda, qeydiyyat müddətindən asılı olmayaraq, hər bir şəxs 30 kvadrat metr yaşayış sahəsi üçün müavinət alacaq. Yəni vətəndaş, 70 kvadratmetrlik mənzili satarkən yalnız 40 kvadratmetr üçün vergi ödəyəcək. Yaşayış sahəsinin hər kvadrat metri üçün baza vergisinin məbləği 15 manat olaraq təyin olunur ki, bu da zona əmsalı ilə vurulmaqla hesablanır. Nəticədə, mənzil satarkən vətəndaşlar 450 manat baza vergisi məbləğinə bərabər güzəşt əldə edəcəklər. (Trend) Nazirlər Kabinetinin sərəncamına əsasən, əmlak vergisinin tutulması üçün Bakı şəhəri və onun ətraf qəsəbələri hər birinə görə şərti olaraq əmsal qoyulmuş 12 zonaya bölünür. Zonadan asılı olaraq əmsal 0,7 ilə 1,5 arasında dəyişir. Bu o deməkdir ki, mərkəzdəki mülk sahibləri satışdan şəhərətrafı bölgələrə nisbətən daha yüksək vergi ödəyəcəklər. Belə ki, paytaxtın mərkəzini əhatə edən 1 -ci zonada (R.Behbudov və Füzuli küçələrinin xətti boyunca dəmiryol stansiyasının yaxınlığındakı perimetrin daxilində) əmsal 1,5 -dir. Ona görə də burada vergi satılan yaşayış sahəsinin hər kvadrat metri üçün 15x1.5 = 22.5 manat təşkil edir. Ən uzaq - 12 -ci zonada isə - 0,7, yəni, vergi 15x0.7 = 10.5 manat təşkil edir.

 

2 bəyənmə

Oxşar elanlar

Bakı Bulvarı

Bakı Bulvarı (rəsmi adı ilə Dənizkənarı Milli Park) Bakı şəhərinin ən məşhur və simvolik ictimai mək...

Sen 19, 2024 Ətraflı oxu

H. Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı

Kasıb bir başmaqçı ailəsində doğulub, milyonçuya çevrilən Hacı Zeynalabdin Tağı...

Sen 24, 2024 Ətraflı oxu

8 Noyabr - Zəfər günü

8 noyabr milli qürur günü – Zəfər Günüdür. Bu tarixi gün m&...

Noy 14, 2023 Ətraflı oxu

Baş planın daşınmaz əmlaka təsiri

Dövlət başçısının göstərişinə əsasən, şəhərin planlı və sistemli inkişafını təmin e...

Fev 1, 2024 Ətraflı oxu