Şəhər Bağları

  • 100 İnsan
  • Okt 5, 2024

Şəhər Bağları

"Şəhər Bağları"- Bakının mərkəzində yerləşən, yüksək keyfiyyətli və rahat yaşayış şəraitini təmin edən premium klass layihədir. Artıq yay fəslində şəhəri tərk etmək məcburiyyətində qalmayacaqsıınız! Bu kompleks, dünya miqyasında tanınan Britaniya mühəndislik şirkəti Atkins tərəfindən layihələndirilmiş və müasir memarlıqla dizaynın möhtəşəm bir nümunəsi olaraq  seçilir. Şəhərin coğrafi mərkəzində yerləşən “City Garden Nərimanov” sizə premium həyat tərzini ən incə detallara qədər yaşamağa imkan verir.

Əsas üstünlüklər:

Yerləşmə.

"Şəhər Bağları" kompleksi şəhərin mərkəzində, müxtəlif ictimai obyektlərə, parklar və ticarət mərkəzlərinə yaxın yerləşir. Kompleksdən şəhərin gözəl panoramik mənzərəsi açılır və bu, şəhərin cazibədar görünüşünü saatlarla izləmək istəyini yaradır.

İnfrastruktur.

Bakının məşhur prospektlərini qovuşduran və 29 binadan ibarət olan yaşayış kompleksində sağlamlığınızın qeydinə qalarkən vaxtınızı əyləncəli keçirə bilməyiniz üçün - veloybol, tennis kortu, basketbol, futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt sürmək üçün xüsusi zona kimi bütün imkanlar düşünülüb.

Kompleks həyat tərzi Heydər Əliyev prospektinin yaxınlığında, İslam Abışov küçəsində, N.Nərimanov metrosuna 720 metr məsafədə yerləşən bu layihədə geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları sizi kompleksdən kənara çıxmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək.

Mənzillər.

“City Garden Nərimanov” yaşayış kompleksində mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilinizdəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir. Beləliklə siz burada rahatlığı ən incə frekanslarına qədər hiss edəcəksiniz. Nə üst qonşunun mənzilindəki səs sizi narahat edəcək, nə də yay-qış mənzilinizdəki istiliyi mühafizə etməkdə problem yaşamayacaqsınız.

Kompleksdə geniş seçimlər təklif olunur: iki səviyyəli duplekslər daxil olmaqla, müxtəlif ölçülərdə  3, 4 və 5 və hətta 8 otaqlı mənzillər mövcuddur. Hər mənzil müasir və funksional planlaşdırma ilə təmin edilmişdir. Mənzillərin tavan hündürlüyü 3.8 metr olmaqla otaqlar geniş və işıqlıdır ki, bu da sakinlərə rahat və komfortlu yaşam şəraiti yaradır.

Avropa brendləri ilə modern təmir “City Garden Narimanov”da sakinlərə zövqlə dizayn edilmiş, tam təmirli mənzillər təqdim edilir. Təmirində yalnız Avropa brendlərindən istifadə olunmuş mənzillər premium həyat standartlarına tam olaraq cavab verir. Bu brendlərin hər biri ekoloji cəhətdən təmizdir və insan sağlamlığına zərərsizdir.

Grohe hamam aksesuarları. Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sizə xidmət edəcək.

Prysmian yanmayan kabellər. İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinizin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.

Təhlükəsizlik və xidmətlər.
24/7 təhlükəsizlik, ağıllı seçimlər. Bütün bunlardan sonra təhlükəsizliyi də gözardı etmək olmaz! Yalnız sakinlərə məxsus və 3 giriş qapısı olan yeraltı avtodayanacaq, kompleks daxilindəki yerüstü keçidlər və 24/7 kamera nəzarət sistemi ilə təhlükəsizliyiniz tam təmin olunacaq. Əlavə olaraq ağıllı ev sistemləri sayəsində sakinlər özləri də evlərinin təhlükəsizliyinə nəzarət edə və müasir idarəetmə sisteminin bütün üstünlüklərindən faydalana biləcəklər.

Kompleksdə 24/7 resepşion xidməti və mühafizə sistemi mövcuddur ki, bu da sakinlərin təhlükəsizliyini və etibarını tam təmin edir. Yüksək keyfiyyətli xidmətlər və hərtərəfli rahatlıq təmin edilib.

"Şəhər Bağları" yaşayış kompleksi Heydər Əliyev Mərkəzi, Gənclik metrosu, Odlar Yurdu Universiteti və Baku Medical Center-a çox yaxın məsafədə yerləşir. Bu kompleks yalnız müasir və prestijli bir yaşayış layihəsi olmaqla yanaşı, unikal dizaynı ilə fərqlənir və sakinlərinə şəhərin dinamik həyatını təbiətin sakitliyi ilə bir arada yaşamaq imkanı verir.

Ətraf Mühit.

Ümumi 2.2 hektarlıq sahənin yalnız 25%-i yaşayış binalarına ayrılıb, qalan 75%-i yaşıllıq və bağlardan ibarətdir. Kompleksdə yerləşən yay hovuzu da sakinlərin ixtiyarındadır. Yaşıllıq və təbii mühitin üstünlük təşkil etdiyi bu kompleks, dinc və sağlam həyat üçün ideal şərait yaradır.

Həm yaşayış, həm də sərfəli investisiya üçün ideal bir məkan olan "Şəhər Bağları" kompleksi kapital qoyuluşu üçün əlverişli şərtlər təklif edir.


Əgər sizdə "Şəhər bağları"ndan mənzil əldə istəyirsinizsə, “AREA”- Daşınmaz əmlak sizin üçün ən asan və qısa yolla mənzil əldə etməyi asanlaşdıracaq.


Ətraflı məlumat üçün:

+99412 599 98 98
+99451 500 98 98

0 bəyənmə

Oxşar elanlar

Bakıda əmlak bazarı 2025: Trendlər və proqnozlar

Bakıda əmlak bazarı son illərdə böyük inkişaf göstərmişdir və 2025-cü ildə də bu...

Avq 20, 2024 Ətraflı oxu

Terras

Terras Yaxın keçmişdə, 15- 20 il əvvəl   insanlar mənzil alarkən  mənzilin ...

İyul 25, 2024 Ətraflı oxu

Xaricdə daşınmaz əmlaka yatırım

Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünü...

Yan 6, 2024 Ətraflı oxu

Niyə AREA?

Ev... Yalnız dörd divar və bir dam deyil. Ev, xəyallarınızı yaşatdığınız, ailənizlə ən dəyərli ...

Sen 30, 2024 Ətraflı oxu