Baş planın daşınmaz əmlaka təsiri

  • 1106 İnsan
  • Fev 1, 2024

Baş planın daşınmaz əmlaka təsiri

Dövlət başçısının göstərişinə əsasən, şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Bakı Şəhərinin Baş Planı hazırlanıb. Baş Plan 30 dekabr 2023-cü il  tarixində, Nazirlər  Kabinetinin qərarı ilə  təsdiq edilib. Baş planın  icra olunması layihəsi 2040-cı ilə qədər dövrü əhatə edir.
Şəhər Baş Plan Layihəsi Almaniyanın  Beynəlxalq  Şəhərsalma  Şirkəti olan «AS+P Albert Speer + Partner GMBH” tərəfindən hazırlanıb. Planın  hazırlanmasına  Bakı Dövlət Layihə İnstitutu, “Ey” Konsaltinq və «Ramboll Uk” şirkətləri cəlb edilib. Baş Planının icrasına 93,6 milyard manat ayrılması nəzərdə tutulub. Nəzərdə tutulan məbləğin 60,5 milyard manatı dövlət büdcəsindən, digər 33.1 milyard manatı isə özəl sektor büdcəsi ilə dəstəklənəcək.

Baş planın ərsəyə  gətirilməsində əsas hədəf.
Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlə ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə cəm edir.

Zamanla şəhərin dəyişməsi.
Dəyişikliklər – illər boyu, əsrlər boyu  baş verən təbii hal olub yeni tikinti texnologiyaları, yeni həyat standartları, eləcə də cəmiyyətin ümumi inkişafı ilə səciyyələnir. Baş planın hazırlanması prosesində şəhərin keçmiş və hazırki inkişaf dinamikası təhlil edilmişdir. Bununla əlaqədar əlamətdar bina və tikililərin inkişaf yanaşması, eləcədə hibrid yaşıl dəhlizlər konsepsiyası diqqətə alınmaqla, bəzi  amillərin nəzərə alınması öz əksini tapmışdır. Detallı nəzər yetirsək: Keyfiyyət, əlavə dəyər, binaların birinci mərtəbəsinin açıq ictimai məkan kimi inkişafı, davamlılıq çoxfunksionallıq iştirakçılıq prinsiplərinə əsaslanan planlaşdırma prosesi və davamlılığı görə bilərik.

Metro nəqliyyatının inkişafı xəttləri.
Azərbaycanda da hər gün on minlərlə sərnişin metrodan istifadə edir. Bu gün Bakıda metropoliten xətlərinin uzunluğu 40,7 kilometr, 3 xətt üzrə stansiyaların sayı isə 27-dir. İctimai nəqliyyat sistemində aparıcı rola malik olan metro stansiyalarının sayının artırılması, paytaxtın müəyyən ərazilərinə xəttlərin çəkilməsi qarşıda duran məsələlərdəndir. 28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalmaqla, 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğu 73,4 kilometrə, stansiyaların sayı isə 46-ya çatdırılacaq Bu baxımdan metro nəqliyyatı sisteminin inkişafı ilə bağlı  2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. Dairəvi metro şəbəkəsinin tamamlanması, bənövşəyi xətt üzrə mövcud xətlərin uzadılması ilə "Ağ şəhər" və "Port Baku" ərazisinin xidmətə çıxışının təmin edilməsi, həmçinin perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi də nəzərdə tutulur.

Yeni memarlıq simvollarıının yerinin təyini.
Bakının yeni  yaradılacaq memarlıq simvolları Bakının Alov Qüllələri , Port Baku ərazisində Aypara kompleksi və Heydər  Əliyev Mərkəzi kimi  memarlıq simvollarını tamamlayacaq  və həmçinin yeni əlamətdar binaların inşası  üçün təklif olunmuş  əsas ərazilər: Yeni mərkəzi parkın şərq hüdudlarındakı yamaclı ərazilər, və 28 May Mərkəzi stansiyası ətrafındakı ərazilər daxil olmaqla olan ərazini əhatə edəcək. 

Şəhərin əsas siması.
Bakının mərkəzi hissəsinin şəhər simasının qorunaraq inkişaf etdirilməsi üçün Baş Plan çərçivəsində Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılması təklif olunmuşdur. Bakı və müasir memarlıq nümunəsi olan Aypara kompleksi də şəhərin simasını zənginləşdirən əsas elementlər olaraq mərkəzi ərazinin sərhədinə daxil edilmişdir.

Yeni mənzillərin tikintisi.
Münasib mənzil təklifləri  Bakının mənzil tələbatını ödəmək üçün mənzil tikintisi üçün əlverişli 125 ha torpaq sahəsi müəyyən edilmişdir. Ekspertlərin rəyinə görə 2040 –cı ildə adam başına düşən mənzil sahəsi 20,8 kv m-dən 25kv m-ə qədər artacaqdır. Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması məsələsi xüsusilə  diqqəti cəlb edir. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda “Mida” tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 ha ərazidə iki mənzil layihəsi həyata keçirilir.

Göllər ətrafında yeni layihə.
Zığ gölü (təqribən 29 ha torpaq sahəsi) və Böyükşor gölü (təqribən 50 ha torpaq sahəsi) daxil olmaqla yaşayış üçün əlverişli iki yeni ərazi şəklində  təklif olunur.
Bu nəticələr əsasında Bakının gələcək inkişafına istiqamət verəcək şəhərsalma və "ağıllı inkişaf" siyasətləri müəyyən edilmişdir. Məqsəd  Bakı şəhərinin gələcək inkişaf baxışının 2040-cı ilə qədər reallaşdırılmasına müvəffəq olmaqdır.

Daşınmaz əmlak və yeni şəhər layihəsi. 
2040-cı ilə qədər baş plana əsasən şəhərin yeni layihələri həmçinin ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması, yeni nəqliyyat xətlərinin bərpası, yaşıl dəhlizlərin, yaşıllıqların habele bu kimi tədbirlərin sayının artması kimi məsələlərin həyata keçməsi ölkənin inkişafını göstərən əsas meyar kimi dəyərləndirilir.Ölkənin inkişafı onun urbanizasiya  səviyyəsinin yüksəlməsini göstərir. Əgər bu gün sizin mərkəzdə daşınmaz əmlakınız varsa, demək ki, digərlərindən 1 addım öndəsiniz. Şəhərin mərkəzindən başlayaraq, inkişaf edən hər bir ərazidə yerləşən əmlakın qiymətində artım gözlənilməsi təqdirə layiqdir. İnkişaf səviyyəsi artdıqca ölkədə daşınmaz əmlakın qiymətləri sabit qalmır bunu unutmayın! Bu gün daşınmaz əmlak alın ki, sabahınızı gözəl mənzərəli sabahlarla açasınız. 
Əgər sizində gün-gündən abadlaşan şəhərimizdə hələdə mənziliniz yoxdursa,“Area” daşınmaz əmlak vasitəsilə rahat və mənzərəsi birbaşa şəhərə olan mənzilləri əldə etməyə tələsin. 

0 bəyənmə

Oxşar elanlar

Frank Lloyd Wright: Müasir Memarlığın Ustadı

Frank Lloyd Wright, memarlıq tarixində unudulmaz izlər buraxmış bir isimdir. 1867-ci ildə ABŞ-da doğ...

Avq 1, 2024 Ətraflı oxu

#1 Bina evi yoxsa həyət evi?

Hər kəs mənzil almaq niyyətində olduğu zaman, ən yaxşı yaşayış yeri – həyət evi yoxsa bina e...

Apr 10, 2024 Ətraflı oxu

Əmlak alqı və satqısı

25 ildən artıq təcrübəmizlə ölkənin qabaqcıl daşınmaz əmlak agentliyi olaraq rieltorlarımı...

10 Okt, 2023 Ətraflı oxu

Dünyanın ən hündür binası - "Bürc Xəlifə"

"Dünyanın ən hündür binası” Bürc Xəlifə” qülləsi və onun h...

Dek 14, 2023 Ətraflı oxu