Gözəl və ya praktiki mətbəx ya da hər ikisini seç!

  • 1299 İnsan
  • 10 Okt, 2023

Gözəl və ya praktiki mətbəx ya da hər ikisini seç!

Sosial şəbəkələri izləyərək arzuladığın mətbəxi yaratmaq üçün bir çox fikirləri qeyd etmək olar. Şəkildə hər şey çox gözəldir, amma belə bir layihəni necə həyata keçirmək olar və  bu gündəlik həyatda rahat olacaqmı?
Yoxsa məşhur memdəkı kimi alınacaq: gözlənti və reallıq?
Gözəl və praktik olan arasında tarazlığı necə saxlamaq olar?

Mətbəx bəlkə də evdə həyatın hər zaman qaynadığı yeganə yerdir. Burada biz yemək bişiririk, yeyirik, ünsiyyət qururuq, uşaqlarla məşğul oluruq, ailə toplantıları və ya dostlarla səmimi görüşlər təşkil edirik. Sahə genişdirsə, səhər yeməyi hazırlanıb, ev əhli yatdığı zaman yoqa ilə də məşğul olmaq olar. Buna görə də biz bu məkanın mümkün qədər rahat, funksional, gözəl və ilhamverici olmasını istəyirik.

İş üçbucağını layihələşdiririk

Mətbəx dizaynında əsas məqam yemək üçün funksional olan bir yer yaratmaqdır. Evdə ayrıca yemək otağı yoxdursa, o zaman bütün ailə üzvlərinin sərbəst yerləşə biləcəyi yemək sahəsi də planlaşdırılmalıdır.

İş üçbucağı adlanan zona əsas gündəlik işlərin baş verdiyi sahədir. Bu yer mətbəx çanağı, soyuducu və soba arasındakı sahədən ibarətdir. Mətbəx üçbucağı nə qədər dəqiq düşünülsə, yemək hazırlama prosesiniz bir o qədər rasional və daha sürətli olacaq.

Mətbəx çanağı hər şeydən öndə

Dizaynı dirəklərə mümkün qədər yaxın olan mətbəx çanağından başlamaq lazımdır. Çanağın kanalizasiya boruları və santexnika ilə düzgün şəkildə quraşdırılması mürəkkəb santexnika strukturlarının qurulması ehtiyacını aradan qaldıracaq.

Sonra, çanağın altındakı dolabın ölçüsünə qərar verməlisiniz. Su təmizləyicisi və  tullantı sistemləri quraşdırmağı planlaşdırırsınızsa, o zaman dolabın eni ən azı 80 sm olmalıdır.

Mətbəx kiçikdirsə,dəyirmi girintili və ya kvadrat birli çanaq quraşdırmaq daha yaxşıdır. Bu forma dəzgahın yararlı sahəsini artırmağa imkan verir.

Sonra, çanağın altındakı şkafın ölçüsünə qərar verməlisiniz. Su təmizləyici və tullantı sistemlərı quraşdırmağı planlaşdırırsınızsa, o zaman dolabın eni ən azı 80 sm olmalıdır.

Mətbəx kiçikdirsə,  dəyirmi girintili və ya kvadrat birli çanaq quraşdırmaq daha uyğundur. Bu forma dəzgahın yararlı sahəsini artırmağa imkan verir.

Mətbəx böyük və genişdirsə, ikili mətbəx çanağı seçmək tövsiyə olunur. Yuyulmuş qabların quruması üçün ikinci çanağa qoymaq rahatdır. Bundan əlavə, ikinci çanağı tərəvəzləri, balıqları təmizləmək və qida məhsullarının buzunu əritmək üçün istifadə etmək olar.

Bu gün ən çox yayılmış çanaq materialları paslanmayan polad və süni daşdır. Məqsədiniz şəkildəki kimi bir mətbəx yaratmaqdırsa, onda süni daşa diqqət yetirin. Bundan əlavə, bu material müxtəlif çalarlarda və fakturalarda gəlir, beləliklə, nəzərdə tutulmuş üslub üçün mükəmməl rəng sxemini seçə bilərsiniz.

Plitə və soba

Ayrıca bir soba yerləşdirmək üçün daxili sütundan istifadə edin. Bu həm funksional, həm də estetik baxımdan ən yaxşı həll yoludur.

Soba dəzgah səviyyəsində olacaq və tavanı qoyub çıxarmaq üçün əyilmək lazım olmayacaq. Sütunda mikrodalğalı soba və hər hansı digər mətbəx cihazını  da quraşdırmaq asandır.

Plitə sobanın yanında olmalıdır, çünki tez-tez bu elementlərdən yemək prosesi zamanı birlikdə istifadə olunur.

Unutmayın ki, texnikanı işçi üçbucağın bərabərtərəfli olması şərtilə yerləşdirmək arzuolunandır. Bu zaman siz maksimum və sürətli nəticə əldə etmək üçün mətbəxtdə minimum hərəkətlər edəcəksiniz.

Dəyişən dəb: rasionallıq  təmtəraqlılığı əvəzləyir 

Saray üslubunu xatırladan zərli pilastrları və haşiyələri olan ağ mətbəxlər çoxdan keçmişdə qalıb. Lakin metal və parlaq elementləri olan soyuq hay-tek də getdikcə populyarlığını itirir. İnsanlar qeyri-adi şeylərdən yorularaq, rasionallığı, texniki xüsusiyyətləri, baxım asanlığını getdikcə daha çox qiymətləndirməyə başlayırlar.

Son vaxtlara qədər provans, kantri və loftun çox məşhur üslubları da artıq kölgədə qalıb. Düzdür, dəb dəyişkəndir və onun tezliklə növbəti dövrə vurması tamamilə mümkündür.

Təbiilik tendensiyası da mətbəxdən yan keçmədi. Təbii ağac taxta və daş yüksət populyardır. Mətbəxtdə getdikcə daha az mebel və digər aksesuarlar görünür. Bütün qab-qacaq və mətbəxə aid xırdalıqlar fasadların arxasında gizlənir, fasadlar isə hamar qalır: onların tutacaqları, panelləri və şüşələri yoxdur. Aspiratorlar ya gizlədilir olunur, ya da formaya görə aspiratora bənzəmir.

Hazırkı gündə dekorativ elementlər qismində mətbəxin daxili hissəsinin bir neçə görünən hissələri çıxış edir: məişət texnikası, lampalar, kranlar və fakturalar.

Fasadlar və rənglərlə oynayaq

Biz yuxarı və aşağı hissə mətbəx dolab fasadlarının eyni rəngdə olmasına öyrəşmişik. Ancaq bu gün dizayn texnikası yuxarı və aşağı hissə fərqli çalarlarda olduqda daha möhtəşəm görünür. Doğrudur, bu zaman mütləq rəng spektrinin düzgün kombinasiyasını nəzərə almaq lazımdır.

Rənglərin ahəngdarlığı da təbiətdən ilhamlanır: zərif neytral tonlar  və ya əksinə, parlaq tünd çalarlar dəbdədir.

Ağ ən çox seçilən rəng qalsada, alıcılar adətən krem və ya açıq boz rəng

0 bəyənmə

Oxşar elanlar

Sizin üçün tapmışıq!

Axtarış etməyə çox vaxtınız gedir? Mənzil, villa, bağ evi, obyekt və ya torpaq sahəsi almaq ...

10 Okt, 2023 Ətraflı oxu

Bakıda harda torpaq sahəsi almaq daha məqsədəuyğundur?

Bakıda torpaq sahəsi almaq uzun müddətli sərmayə kimi çox cəlbedici bir seçimdir....

Avq 23, 2024 Ətraflı oxu

Eyfel Qülləsinin sirli tərəfləri

Eyfel Qülləsi dünyanın ən məşhur və simvolik abidələrindən biridir. 1889-cu ildə Parisdə k...

Okt 2, 2024 Ətraflı oxu

Bakıda əcnəbilərin mənzil aldığı ərazilər

Bakıda xarici investorların ən çox mənzil aldığı ərazilər əsasən şəhərin prestijli və stratej...

Okt 1, 2024 Ətraflı oxu