Yaxşı mənzilə sahib olmaq istəyirsənsə öyrən!
Hər kəsin həyatında ən önəmli məsələlərdən biri də öz mənzilinə sahib olmaq istəməkdir. De...
Terras
Yaxın keçmişdə, 15- 20 il əvvəl insanlar mənzil alarkən mənzilin sahəsini, təmirini, otaq sayını, mətbəxini soruşardı. Bu gün mənzil alarkən bu tələblərin yanına terras da əlavə olunub. Terras - mənzilin bir hissəsindən olub, açıq havada istifadə üçün nəzərdə tutulmuş, eyvanın daha geniş və komfortlu təzahür formasına deyilir. Terraslar həm estetik, həm də funksional olaraq çox məşhurdur.
İlk terraslı mənzil
Dünyada ilk terraslı mənzil 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində yaranmışdır. Modern memarlığının başlanğıc dövründə, xüsusilə də Le Corbusier kimi məşhur memarlar tərəfindən dizayn edilən binalarda terraslı mənzillər geniş yayılmağa başladı. Bu dizaynlar şəhər yerlərində daha çox açıq hava sahələrini təmin etmək məqsədi ilə yaradılırdı.
Le Corbusier-in "Villa Savoye" (1928-1931) adlı layihəsi terraslı mənzillərin ilkin nümunələrindən biri hesab edilir. Bu layihədə dam terrasları sakinlərə açıq hava sahəsi təmin edərək, təbiətlə şəhər mühitini birləşdirirdi.
Sonradan memarlığın inkşafı nəticəsində terrasın bir neçə növü də ortaya çıxdı. Buna misal olaraq “1- ci mərtəbə terrası, mənzil daxili terras” kimi növləri misal göstərmək olar. Bu gün bu cür dizaynlar müasir memarlıqda da geniş istifadə olunur.
Terras - hava almaq, bitkilər yetişdirmək, oturub dincəlmək, səhər və ya şam yeməyi yemək üçün çox əlverişlidir. Terraslı mənzillər, bu və ya digər xüsusiyyətlərinə görə son dövrlər daha çox tələb olunur.
Terraslı mənzillərin bəzi xüsusiyyətlərini incələyək.
Xüsusi hissə: Terras balkonla müqayisədə daha böyük və özəl sahəni təqdim edir.
Mənzərə: Şəhər, dəniz və park mənzərəsi olan panoramalı mənzillərin terrasının olması daha yaxşı dincəlmək üçün şərait yaradır.
Təbii ışıq: Terraslar adətən böyük pəncərələr və ya şüşə qapılarla düzəldilir. Terrasdan bir başa yataq otağınıza və ya qonaq otağınıza açılan pəncərə evinizi günəş şəfəqləri ilə dolduraraq əhval-ruhiyənizin daha yaxşı olmasına səbəb olur.
Genişlənmiş yaşayış sahəsi: Terrasda həmçinin, əlavə dolab qoymaqla, artıq əşyaları yerləşdirmək mümkündür. Xoş hava şəraitində ailə üzvləri ilə piknik etmək, əlamətdar günləri qeyd etməyi asanlaşdırır. Həmçinin idman sahəsi, kiçik bağ və ya uşaqlar üçün oyun sahəsi kimi müxtəlif məqsədlər üçün istifadəsi mümkündür.
Artan əmlak dəyəri: Terraslı mənzillər digər mənzillərdən daha yüksək məbləğə təklif olunur. Bu tip mənzillər əcnəbi kirayənişinləri və potensial alıcılar üçün cəlbedici olmaqla yanaşı yaxşı investisiya üçün də dəyərlidir.
Terrasından bir-başa şəhərə, dənizə mənzərəsi olan premium binalarda uyğun şərtlər və qiymətlərlə mənzil sahib olmaq istəyirsinizsə, o zaman bizə müraciət edin! Unutmayın, əmlaka yatırılan sərmayə, ən uğurlu sərmayədir!
+994 12 599 98 98
+994 51 500 98 98
Hər kəsin həyatında ən önəmli məsələlərdən biri də öz mənzilinə sahib olmaq istəməkdir. De...
Ağ Şəhər, Bakının yeni simvolu olaraq çıxış edən bir ərazidir. Bu layihə, şəhərin tarixini və...
Bazar araşdırması göstərdiyimiz xidmətlərdən sadəcə biridir. Bu dəfə Bakıda yerləşən anbarlar b...
25 ildən artıq təcrübəmizlə ölkənin qabaqcıl daşınmaz əmlak agentliyi olaraq rieltorlarımı...