Dünyanın ən hündür binası - "Bürc Xəlifə"
"Dünyanın ən hündür binası” Bürc Xəlifə” qülləsi və onun h...
1950-ci ildə Bağdad şəhərində dünyaya göz açan Zaha Hadid, hələ ətrafında qadın memar olmasa da, kiçik yaşlarından hər zaman memar olmaq arzusu ilə yaşamışdır.
Zaha Hadid,“Beyrut Amerika Universitet”inin Riyaziyyat fakültəsini bitirdikdən sonra 1972-ci ildə “London Memarlıq Assosiasiyası Məktəb”ində memarlıq təhsili alaraq xəyallarını həyata keçirməyə başlayır.
Ardınca, Zaha Hadid 1980-ci ildə Londonda öz Memarlıq firmasını quraraq həmin illərdə beynəlxalq institutlarda, xüsusilə “Memarlıq Assosiasiyasında”,daha sonra isə “Graduate School of Design”, “Harvard University və digər başqa nüfuzlu universtitetlərdə dərs deməyə başlayır.
Riyaziyyat və memarlığın sintezi
Ən əhəmiyyətli uğur və üslubunun səbəblərindən biri, riyaziyyat və memarlığın - iki sahənin öyrənilməsi və sintezidir. İki üslubu bu qədər qarışdırıb ortaya mükəmməl bir şey çıxaran ilk qadın olmaq asan deyil!
Zaha Hadid vurğulamışdır ki, həmişə parametr dizaynı ilə bütün layihələrində təbiətdən ilham alır. Bu, onun sənətə və memarlığa olan sevgisini digər sahələrdən olan insanların diqqətini cəlb etməyə kömək etmişdir.
Memarlıqda kişi hakimiyyətinə son qoyan dizayn ikonası
2008-ci ildə Forbes jurnalının "100 ən təsirli qadın" siyahısında da adı çəkilmişdir. Unikal üslub, fərqli xüsusiyyətlər və memarlığa gətirdiyi yeni üslub onu dizayn ikonası edirdi. Zaha Hadid adı qızıl hərflərlə yazılmışdır, çünki o, memarlıqda konservativ qaydaları ləğv edən bir qadın idi. Həmçinin “Pritzker” mükafatı ilə təltif edilmiş ilk və tək qadın kimi tanınır. Bu, arxitektlər arasında Nobel mükafatı kimi nəzərdə tutulur.
Zaha Hadidin bir çox tanınmış layihələri dünyanın hər yerində məşhurdur. Onun layihə olaraq həyata keçirtdiyi: Vitra yanğınsöndürmə stansiyası, Ağıl zonası, Landesgartenssau 1999, Rouzental Müasir İncəsənət Mərkəzi, Szervita meydan qülləsi, Bergizel hündürdən atlama stansiyası, Qalaksi Soho, İnnovasiya qülləsi, Riversayd Muzeyi, London Su İdmanı Mərkəzi, “Chanel” Mobil Müasir İncəsənət Pavilyonunu və s. inşaat layihələrini misal gətirmək olar.
İşlənmiş betonla necə işləyirdi?
1993-cü ildə tikilmiş Vitra yanğın stansiyası, Zaha Hadidin həyata keçirilmiş ilk layihəsi oldu. Qabaqcadan işlənmiş betondan istifadə edilən layihə, aydın xəttlərə malik, son dərəcə maraqlı bir dizayna sahibdir. Vitranın yanğın hissəsi, dekonstruksiya hərəkətinin təsirini əks etdirən bir şahəsənlik idi.
Azərbaycanda da öz imzasını təsdiqlədi.
Onilliklər ərzində biri-birindən orijinal və orqanik dizayna malik olan binaların memarı Zaha Hadid Azərbaycanda da tanınır.
Bakı şəhərində müəllifi olduğu Heydər Əliyev Mərkəzinin dizaynı da ona məxsusdur.
Mərkəzin binası düz səthə malikdir, sanki üzərindən su axıb keçir. Bu formaya dağlar kimi əyriliklər də əlavə olunur və bu forma təkcə dekorativ funksiyanı yerinə yetirmir, həmçinin, bina daxilində naviqasiyanı da yüngülləşdirir.Bu forma sayəsində bina ilə onu əhatə edən mənzərə arasında sərhəd silinir. İnsanlar bu mərkəzə bina olaraq baxmır. Bakının landşaftının bir hissəsi kimi diqqəti cəlb edir.
Zaha Hadid Heydər Əliyev Mərkəzini özünün əsas layihələrindən biri hesab edirdi. Ornamental və İslam memarlığı üslubunun istifadə olunduğu mərkəz dizaynı 2014-cü ildə Britaniya Dizayn Muzeyi tərəfindən “İlin Dizaynı” mükafatına layiq görülmüşdür.
Onun imzası olan tikililərə baxmaq, dizaynı ilə tanış olmaq, tikinti strukturunda önəm verdiyi memarlıq detallarını nəzərdən keçirmək onun həqiqətən qeyri-adi bacarıqlara sahib olmasını əks etdirir.
Zaha Hadid, İstanbulda məscid tikmək arzusunu həyata keçirə bilmədən 2016-cı il martın 31-də kəskin ürək tutmasından dünyasını dəyişmişdir.
"Dünyanın ən hündür binası” Bürc Xəlifə” qülləsi və onun h...
"Renessans Palace", şəhərin mərkəzinə yaxın Yasamal rayonu, Zahid Xəlilov küçə...
Axtarış etməyə çox vaxtınız gedir? Mənzil, villa, bağ evi, obyekt və ya torpaq sahəsi almaq ...
Frank Lloyd Wright, memarlıq tarixində unudulmaz izlər buraxmış bir isimdir. 1867-ci ildə ABŞ-da doğ...