Başağrısız təmir

  • 1461 İnsan
  • May 20, 2024

Başağrısız təmir

Ev təmiri bu yaradıcı və həyəcan verici bir prosesdir. Ancaq nəticənin gözləntilərə uyğun olması üçün səhvlərə yol vermək olmaz. Odur ki, təmirə başlayarkən, bu 5 məsələ üzərində yaxşı düşünün: 1. Büdcənin düzgün planlaşdırmaq. Bəzən təmir zamanı artıq xərclər ortaya çıxır. Bu da planlaşdırılan büdcəni aşır. Bu hal ilə qarşılaşmamaq üçün detallı xərclər planı hazırlamağı tövsiyə edirik. Bu plan yalnız materiallar və xidmətləri deyil, həmçinin gözlənilməz xərcləri də əhatə etsin. 2. Materialların düzgün seçilməsi. Keyfiyyətsiz və ya uyğunsuz materialların seçilməsi gələcəkdə problemlərə səbəb ola bilər. Materialların xüsusiyyətlərini və məhsul haqqında rəyləri öyrənməyə vaxt ayırmaq, son qərarı qəbul etmədən əvvəl vacibdir. Bu, sonradan sürprizlərdən uzaq olmağa və təmirin davamlılığını təmin etməyə kömək edəcək. 3. Peşəkarlara müraciət. Hər işi öz başınıza edərək qənaət etməyə çalışmaq, bahalı səhvlərə səbəb ola bilər. Professional şəxslər və dizaynerlərin cəlb olunması zamanı həm əsəb sisteminizin qorunmasına və həmçinin işlərin yüksək keyfiyyətinin təmin olunmasına şahid olacaqsız. 4. Elektrik qutularının və işıqlanmanın düzgün yerləşməsi. Elektrik qutularının və işıqlandırıcıların düzgün yerləşdirilməsi - təmir prosesində əsas məqamdır. Elektrik qutusu nə çox yüksəkdə nə də aşağıda yerləşdirilməməlidir. Bunun üçün yerlər müəyyən edilməlidir. Bu, rahat və funksional bir məkan yaratmağa kömək edəcək. 5. Uğursuz dizayn və rənglər.  Maraqlı və yaradıcı dizayn əla, amma elementlərin və rənglərin çoxluğu qarma-qarışıqlığa səbəb ola bilər. Funksional və estetik arasında balans tapmaq vacibdir. İşə başlamazdan əvvəl dizaynerdən məsləhət alın və ya onlayn mənbələrdən aldığınız məlumatlardan istifadə edin. Bu sizə təmir vaxtı çox yardımçı olacaq. Bilin ki, ideal evlərin təmirini həyata keçirmək üçün, büdcəni düzgün hesablamaq, peşəkar ustalar tapmaq, detallara diqqət və ən əsas səbr tələb edir!

Siz də təmir zamanı xeyli vaxt, pul və ən əsası sakitliyinizi itirmək istəmirsinizsə, o zaman "AREA" şirkətinə arxayınlıqla müraciət edə bilərsiniz! Biz bu işi bacarırıq!


 

+994 12 599 98 98
+994 51 500 98 98

0 bəyənmə

Oxşar elanlar

Studio mənzil

Studio mənzil, bir otaqdan ibarət olan  açıq planlı bir yaşayış yeridir. Dünya te...

İyun 11, 2024 Ətraflı oxu

Daşınmaz əmlaka yatırım

Əmlaka yatırım etməkdə əsas məqsəd investisiyadan mənfəət əldə etməkdir. Əmək haqqıdan əlavə olaraq...

İyul 3, 2024 Ətraflı oxu

"Mərdəkanda evlər"

Mərdəkan – Azərbaycanın ən mühüm dənizkənarı iqlim kurort zonasıdır. Mərdəkan adının...

İyul 11, 2024 Ətraflı oxu

Bakı Bulvarı

Bakı Bulvarı (rəsmi adı ilə Dənizkənarı Milli Park) Bakı şəhərinin ən məşhur və simvolik ictimai mək...

Sen 19, 2024 Ətraflı oxu