İnvestorlar bu mənzillərə nə üçün investisiya edir?

  • 1517 İnsan
  • Okt 9, 2024

 İnvestorlar bu mənzillərə nə üçün investisiya edir?

Bakıda "Xruşşovka" kimi və  ya köhnə tikililər kimi tanınan, xüsusəndə beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr vasitəsilə köhnə, xüsusən də istismar müddəti başa çatmış qəzalı binaların söküntüsünə başlanılıb. "Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək, yerində yeni binalar inşa edilib. Dünya ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, istismar müddəti başa çatmış binalardakı mənzillərin satış qiyməti yenilərinə nisbətən 50% daha ucuz olur.

Hazırda, Bakı şəhərində istismar müddətini başa vurmuş binalarda 11 minə yaxın mənzil mövcuddur.

Ekspert əlavə edib ki, ölkəmizdə pilot layihələr çərçivəsində söküntü işlərinə başlanandan, bu cür binalardakı mənzillərin qiymətləri kəskin bahalaşıb.

"Qiymət artımının müxtəlif səbəbləri var.

Sökülən binadakı mənzil sahibinə yeni tikilidən daha böyük və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiymətləri artır. Bu binalardakı mənzilləri əsasən investorlar alır. Onlar köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra, yeni mənzili satışa çıxarır və iki dəfə baha satırlar. Bundan əlavə, çoxmərtəbəli binalar tikilərkən kirayə pulu da verilir ki, bu da əlavə qazancdır," - deyə ekspert bildirib.

©

0 bəyənmə

Oxşar elanlar

Şəhər Bağları

"Şəhər Bağları"- Bakının mərkəzində yerləşən, yüksək keyfiyyətli və rahat yaşayış şər...

Okt 5, 2024 Ətraflı oxu

İnteryer dizayn nə üçün bu qədər vacibdir?

Gözəl bir mənzilə sahib olandan sonra ağıla gələn ilk sual budur, evimi necə, hansı üslubd...

Yan 3, 2024 Ətraflı oxu

"Yuxarı və aşağı mərtəbədə yerləşən mənzillərin fərqləri"

Bu gün şəhərimizi bəzəyən yeni tikililərin sayı gün-gündən artır. Onlar  fasad g...

İyul 15, 2024 Ətraflı oxu

Ev alarkən nələrə diqqət etməliyik?

Satış üçün ev və özünüz üçün ev fərqli evlərdir. Ra...

10 Okt, 2023 Ətraflı oxu