"İçərişəhər" 21-ci əsrdə...

  • 1090 İnsan
  • İyun 22, 2024

Bakının mərkəzində yerləşən unikal tarixi məkan- "İçərişəhər" – Bakı  şəhərinin döyünən ürəyidir. Dənizin yaxınlığında yerləşən bu şəhər  qədim Bakının yaradılış yeri olmuşdur.

Məhşur İçərişəhər: "İçərişəhər", Bakının ən qədim yaşayış məhəlləsidir. 1977-ci ildə o tarixi və mədəni qeyri-maddi varlıq kimi elan olunmuş, 2000-ci ildə isə UNESCO Dünya Mirası Siyahısına daxil edilmişdir.

Qədim şəhər:  Çox zaman İçərişəhər, “İçəri şəhər  qalası”  kimi adlandırılır, çünki o, yaxşı qorunmuş qala divarı ilə əhatə olunmuşdur. İçəri Şəhər ərazisində insanlar VIII-XI əsrlərdə də artıq burada yaşayırdılar. İçəriŞəhər həmçinin, yaxşı qorunmuş  qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qalın qala divarlarının olması onun bacarıqlı memarlar tərəfindən inşa edildiyini göstərir. Əraziyə səyahət edərkən,  yolların  dar dalanlarla bir-birindən ayrıldığını görürük. Tarixçi-etnoqraf Əlibaba Babayev deyir ki, orta əsrlərdə dar dalanlar düşməni məhv etmək üçün vasitə sayılır, kiçik pəncərələr  isə yerli əhalini istidən və soyuqdan qorumaq üçün vasitə idi.

 Şəhər tikililəri: Zamanla yarı –yarı məhv olmuş qala divarlarının ardında bir çox unikal abidələr saxlanmışdır: “Şirvanşahlar Sarayı kompleksi, türbə, divanxanə, məscid, Qız qalası, minarələr, qalanlar isə  kərvan-saraylar və  hamamlar olmuşdur. XV əsrdə Şirvanşahlar  şəhərinin paytaxtı Şamaxıdan köçürüldükdən, İçərişəhər-də kütləvi inşaatlar başlandı. Bu dövrdə qalanın incisi - Şirvanşahlar Sarayı inşa olundu.

Qeyd etmək lazımdır ki, XVII-XIX əsrlər ərzində Bakı İçərişəhər sərhədləri çıxmışdır. Burada hakimlər sarayları və yaşayış məhəllələri yerləşirdi. 1747-1806-cı illərdə Bakı xanlığının paytaxtı burada yerləşirdi.

 Müasir şəhər: Zamanla dəyişən şəhərimizdə, yeni tikililərin, inkişaf edən qəsəbələrin artmasına baxmayaraq, İçərişəhər öz qədimliyinə  həmçinin, 21-ci  əsr müasirliyindən də əlavələr etmişdir.

İçərişəhərin cənub-şərqindən İstiqlaliyyat küç,  şimal-qərbindən  Neftçilər prospekti, şərqində eyniadlı metro/stansiyası  yerləşir. İçərişəhərin şərqindən Əziz Əliyev küçəsi, cənub-qərbində isə Vahid parkı yerləşir.

İçərişəhərdə  qədim dar dalanlarda yerləşən mənzilləri bu gün müasir üslubda tikilən mənzillər əvəz edir. Bu mənzillərin özəlliyi onların birbaşa mərkəzdə yerləşməsi və həmçinin müasir üslubda olması ilə  qiymətləndirilir.

Bu gün ölkəmizə gələn turistlər mütləq İçəri şəhəri səyahət edir və onun qədim tarixi ilə tanış olurlar. Onun inkişafının əsas səbəblərindən biridə onun məhz şəhərin  mərkəzində yerləşməsi və dənizə möhtəşəm panoramasının olmasıdır.

Hər yerdə öz imzasını qoyan “Area” daşınmaz əmlak İçərişəhərdə yerləşən mənzillərin,  özəl vilların satışını həyata keçirir.
 Əgər siz mərkəzdə,  həmçinin dənizə panoraması olan,müasir üslubda tikilmiş mənzilə sahib olmaq istəsəniz  düşünmədən “Area” ilə  əlaqə saxlayın.
“Area” ilə möhtəşəm mənzilə sahib olun
.

0 bəyənmə

Oxşar elanlar

Baş planın daşınmaz əmlaka təsiri

Dövlət başçısının göstərişinə əsasən, şəhərin planlı və sistemli inkişafını təmin e...

Fev 1, 2024 Ətraflı oxu

Kommersiya obyektləri: İnvestisiya üçün ən yaxşı seçimlər.

Bakıda kommersiya obyektlərinə sərmayə qoymaq üçün bir neçə üstünl...

Avq 22, 2024 Ətraflı oxu

27 sentyabr Anım Günü

27 sentyabr Anım Günündə vətənin bütövlüyü uğrunda canından keç...

10 Okt, 2023 Ətraflı oxu

Bakıdakı Formula 1 yarışları: sürət, həyəcan və əmlak bazarına təsirləri

Formula 1 yarışları dünyanın müxtəlif yerlərində milyonlarla insanı cəlb edən həyəcan veri...

Avq 31, 2024 Ətraflı oxu