Dəbli mətbəx #2
"Keçən yazıda 2024-cü ilin ən geniş yayılmış mətbəx üslubundan danışdıq. Bəs z...
Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra, 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planında metropoliten tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini genişləndirmək planı həyata keçdi.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin ilk 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir.
25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Zaman keçdikcə əhalinin sayı artdıqca metroya olan tələbatın kəskin şəkildə artması ilə əlaqədar olaraq metro stansiyalarının da sayı artdı.
Necə əsas nəqliyyat vasitəsinə çevrildi? Artıq uzun illərdir ki, Azərbaycanda həmçinin, bütün dünyada metro nəqliyyatı öz təhlükəsizliyi, əhalini mənzil başına qısa vaxtda çatdırması, tıxac problemsizliyinə, qısa interval ilə lakin tez-tez və sürətlə hərəkət etdiyinə görə ön sırada olan nəqliyyat kimi birinciliyini qoruyub saxlayır.
Bu gün həmçinin, daşınmaz əmlak alan şəxslər də onun metroya yaxın yerləşməsi prinsipini əsas şərt kimi önə çəkir.
Əmlak qiyməti və nəqliyyat. Metro istənilən şəhər və ya bölgədə əmlakın dəyərinə və tələblərinə çox təsir edən vacib bir faktordur. Metro istiqamətləri və ya stansiyaların yaxınlığı- əmlak dəyərinə və yaşayış keyfiyyətinə təsir edə bilir. Yaxın metro nəqliyyatının olduğu ərazilər, obyektin dəyərini artırmaq və ətrafındakı əlavə imkanlarla yaşayış keyfiyyətini yüksəltmək üçün əlverişli olur. Metroya yaxın olan əmlakların qiyməti əsasən daha yüksək olur. Bu qiymətlər, hansı metro istiqaməti və ya stansiyasına yaxın olduğuna, o ərazidəki yaşayış keyfiyyətinə, təklif və tələblərə, inkişaf perspektivlərinə, infrastruktur imkanlarına və s.bir çox məqamlara əsaslanır.
Metroya yaxın əmlak axtarırsınızsa, qiymət genişlənə bilər, çünki bu əmlakların dəyəri ətrafındakı əlavə təminatlar, rahatlıqlar və ətraf mədəniyyət xidmətləri ilə artır. Bu ərazilərdə yaşamaq və işləmək, mətbuatla, restoranlarla və mədəniyyət mərkəzləri ilə daha yaxından əlaqə yaratmaq imkanını verir.
Metro və ərazi yerləşməsində əmlak qiymətləri necə dəyişir.
Metroların şəhərin mərkəzinə yaxın yerləşməsi ardıcıllığına əsasən, onlara yaxın yerləşən əmlakların qiymətinin artmasını görmək heç də çətin deyil. Əksinə, şəhərdən kənara doğru getdikcə isə metrolardan uzaqlaşma ardıcıllığı ilə əmlak qiymətlərinin nisbət fərqi ilə azaldığının şahidi oluruq. Əmlakın təmirli və ya təmirsiz, yeni tikili və ya köhnə tikili, lüks şəraitli və ya sadə, panoramalı və ya panoramasız olması da həmçinin, qiymətlərə birbaşa təsir edir.
Əgər bu ərazilərdən birində əmlak almaq niyyətindəsinizsə tələblərinizi və büdcənizi nəzərə alaraq bir mülkiyyət agentliyi ilə işləmək və ya əmlak veb-saytlarından faydalanın! Bu yolla, istənilən tələblərinizə uyğun əmlakları tapa biləcəksiniz. Daxil olduğunuz “Area.az”saytının elanlarına baxdıqca isə əmlaklar haqqında təsəvvürünüz sözün əsl mənasında dəyişəcək və sizdə bəlli bir zövq formalaşdıracaq. Bəs siz hələdə “Area”nın mərkəzdə yerləşdirdiyi əmlaklarla tanış olmamısınız?
"Keçən yazıda 2024-cü ilin ən geniş yayılmış mətbəx üslubundan danışdıq. Bəs z...
Bakıda kommersiya obyektlərinə sərmayə qoymaq üçün bir neçə üstünl...
Hər kəs mənzil almaq niyyətində olduğu zaman, ən yaxşı yaşayış yeri – həyət evi yoxsa bina e...
Ənənəvi həyatımızın aspektləri daxil olmaqla, müasir texnologiyalar gündəlik həyatımıza &c...