Sizin üçün tapmışıq!
Axtarış etməyə çox vaxtınız gedir? Mənzil, villa, bağ evi, obyekt və ya torpaq sahəsi almaq ...
25-30 il əvvəl əsasən həyət evlərində inşa edilən duplex mənzillər, bu gün yeni tikililərdə geniş yayılmağa başlayıb. Müasir dövrdə duplex mənzillərə tələbat getdikcə artır, çünki bir çox ailə bu mənzil növünə üstünlük verir. Duplex mənzil, iki mərtəbədən ibarət yaşayış sahəsi olmaqla, şəhərə yaxın, mərkəzi yerlərdə tikilən binalarda daha çox rast gəlinir. Birinci və ikinci mərtəbə arakəsmə ilə ayrılır və daxili pilləkənlə birləşdirilir. Duplex mənzillərin əsas xüsusiyyəti ondan ibarətdir ki, mənzildə iki səviyyə mövcuddur, bu da mənzilin geniş və rahat olmasını təmin edir. Bu tip mənzillər, adətən, daha çox otaqdan ibarət olur və ümumi sahəsi 100-150 kvadratmetr, bəzən isə daha geniş olur. Duplex mənzillər qonaq otağı, bir neçə yataq otağı, vanna otağı və mətbəxdən ibarət olur.
İlk Duplex Mənzil Necə Yaranıb?
Duplex mənzillər ilk dəfə XIX əsrdə İngiltərədə yaranıb. Kiçik mənzillərin sahəsini genişləndirmək məqsədilə, mənzilin yuxarı hissəsinə ikinci mərtəbə əlavə edilib. Yuxarı və aşağı mərtəbələri ayırmaq üçün pilləkən inşa olunub. Birinci mərtəbədə qonaq otağı, mətbəx və vanna otağı, ikinci mərtəbədə isə yataq otaqları yerləşdirilirdi. Zamanla, uşaqlar böyüyüb ailə qurduqda, valideynlərinə yaxın yaşamaq üçün mənzilin ikinci mərtəbəsinə əlavə mətbəx və yataq otaqlarına xüsusi vanna otaqları əlavə edilib. Bu mənzillər bir ailə üçün nəzərdə tutulsa da, iki ailənin rahatlıqla yaşaması üçün şərait yaradıb. Əvvəllər bu tip evlər orijinal görünməsə də, sonralar daha simmetrik və sivil şəkildə tikilməyə başlanıb.
Duplex Mənzillərin Xüsusiyyətləri.
Geniş məkan: Üst mərtəbə adətən yataq otaqları üçün, alt mərtəbə isə qonaq otağı, mətbəx və digər ümumi sahələr üçün nəzərdə tutulur.
Əlavə məxfilik: Duplex mənzillər fərdi həyat sahələrinin daha yaxşı ayrılmasını təmin edir. Yataq otaqlarının bir mərtəbədə, sosial sahələrin digər mərtəbədə yerləşməsi məxfilik və rahatlıq yaradır.
Təbii işıq və görüntü: Mənzilin iki mərtəbəli olması daha böyük pəncərələrin quraşdırılmasına imkan verir. Bu da günəş işığının daha çox daxil olmasını və mənzilin işıqlı, havadar olmasını təmin edir.
Geniş teras və eyvan: Bəzi duplex mənzillərdə hər iki mərtəbədən çıxış imkanı olan geniş teraslar və eyvanlar mövcuddur. Bu, açıq havada vaxt keçirmək üçün əlavə məkan yaradır.
Daxili dizayn: Duplex mənzillərin daxili dizaynı çox vaxt müasir və funksional olur. Zövqə və istəyə uyğun olaraq genişlik və səliqə yaratmaq mümkündür. Minimalist yanaşma ilə belə, bu mənzillərdə rahatlıq və komfort əldə etmək olar. Əgər şəhərin mərkəzində duplex mənzil sahibi olmaq istəyirsinizsə, “Area” daşınmaz əmlak agentliyi sizə ideal mənzillər təklif edir.
Axtarış etməyə çox vaxtınız gedir? Mənzil, villa, bağ evi, obyekt və ya torpaq sahəsi almaq ...
Keçən məqalədə bina evinin üstünlükləri və əlverişsiz tərəfləri haqqında...
Əmlaka yatırım etmək, maliyyə sərmayələrində ənənəvi və populyar bir yanaşmadır. Bir çox m&uu...
Sosial şəbəkələri izləyərək arzuladığın mətbəxi yaratmaq üçün bir çox fikirl...