Əmlak alqı və satqısı
25 ildən artıq təcrübəmizlə ölkənin qabaqcıl daşınmaz əmlak agentliyi olaraq rieltorlarımı...
"Dünyanın ən hündür binası” Bürc Xəlifə” qülləsi və onun hər tərəfdən görünən mənzərəsi yaxından görənləri valeh etməkdə davam edir.
“Bürc Xəlifə”nin tikilmə tarixinə səyahət.
2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Bürc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330.000 kub metr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.
Binanın tikintisinə 2004-cü ildə iqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlanıb. Binanın dəqiq hündürlüyü 828 metrdir, və o məşhur “Taybey 101" binasından daha hündürdür. Daxili sahəsi isə 344.000 kv. təşkil edir. Binada ümumi 58 lift vardır.
Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.
“Bürc Xəlifə” fərqlidir
Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.
“Bürc Xəlifə” şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum tərəfindən rəsmən açılıb.
Açılış mərasimi qazıntı işlərinin başlamasından 1325 gün sonra olub və mərasimdə 60.000 qonaq iştirak edib.
“Bürc Xəlifənin” möhtəşəmliyi.
Ürəkləri fəth edən bu binanın yeri Dubayın mərkəzindədir. Hər il milyonlarla turist buraya axın edir.
Üç mənzərə meydançası - 124, 125 və 148-ci mərtəbə açıqdır. “Bürc Xəlifə” 124 və 125-ci mərtəbələrdə 452 metr hündürlükdə yerləşir, lakin “SKY lux” salonu 148-ci mərtəbədə, 555 metr yüksəklikdədir.
Ən yüksək mənzərə meydançasına daxil olarkən qapıda ev sahibi sizi qarşılayacaq və bina haqqında maraqlı faktlarla sizi tanış edəcək. “SKY lux” lifti isə sizi 148-ci mərtəbəyə qaldıracaq.
Beləliklə, “Bürc Xəlifə”nin ən yüksək mənzərə meydançasına çıxmaqla, açıq terras və premium sinif ilə şəhərin ən görkəmli mənzərəsinin dadını çıxara bilərsiniz.
Bəs siz Dubayda - “Bürc Xəlifə”də və ya digər binalarda mənzilə sahib olmaq və yaxud yatırım etmək istərdinizmi?
25 ildən artıq təcrübəmizlə ölkənin qabaqcıl daşınmaz əmlak agentliyi olaraq rieltorlarımı...
Bakının mərkəzində yerləşən unikal tarixi məkan- "İçərişəhər" – Bakı ...
Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünü...
Ev təmiri bu yaradıcı və həyəcan verici bir prosesdir. Ancaq nəticənin gözləntilərə uyğun olmas...