Azərbaycanda “Metro tikintisi”nə qısa səyahət

  • 1251 İnsan
  • May 6, 2024

Azərbaycanda “Metro tikintisi”nə qısa səyahət

Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra, 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planında  metropoliten tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini genişləndirmək planı həyata keçdi.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin  ilk 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir.

25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Zaman keçdikcə əhalinin sayı artdıqca metroya olan tələbatın  kəskin şəkildə  artması ilə əlaqədar olaraq metro stansiyalarının da sayı artdı.

Necə əsas nəqliyyat vasitəsinə çevrildi? Artıq uzun illərdir ki, Azərbaycanda  həmçinin, bütün dünyada metro nəqliyyatı öz təhlükəsizliyi, əhalini mənzil başına qısa vaxtda çatdırması, tıxac problemsizliyinə, qısa interval ilə lakin tez-tez və sürətlə hərəkət etdiyinə görə  ön sırada  olan nəqliyyat kimi birinciliyini qoruyub saxlayır.
 Bu gün  həmçinin, daşınmaz əmlak alan şəxslər də onun metroya yaxın yerləşməsi prinsipini əsas şərt kimi önə çəkir.
Əmlak  qiyməti və nəqliyyatMetro istənilən şəhər və ya bölgədə əmlakın dəyərinə və tələblərinə çox təsir edən vacib bir faktordur. Metro istiqamətləri və ya stansiyaların yaxınlığı- əmlak dəyərinə və yaşayış keyfiyyətinə təsir edə  bilir. Yaxın metro nəqliyyatının olduğu ərazilər, obyektin dəyərini artırmaq və ətrafındakı əlavə imkanlarla yaşayış keyfiyyətini yüksəltmək üçün əlverişli olur. Metroya yaxın olan əmlakların qiyməti əsasən daha yüksək olur. Bu qiymətlər, hansı metro istiqaməti və ya stansiyasına yaxın olduğuna, o ərazidəki yaşayış keyfiyyətinə, təklif və tələblərə, inkişaf perspektivlərinə, infrastruktur imkanlarına və s.bir çox məqamlara əsaslanır.

Metroya yaxın əmlak axtarırsınızsa, qiymət genişlənə bilər, çünki bu əmlakların dəyəri ətrafındakı əlavə təminatlar, rahatlıqlar və ətraf mədəniyyət xidmətləri ilə artır. Bu ərazilərdə yaşamaq və işləmək, mətbuatla, restoranlarla və mədəniyyət mərkəzləri ilə daha yaxından əlaqə yaratmaq imkanını verir.

Metro və ərazi yerləşməsində əmlak  qiymətləri necə dəyişir.
 Metroların şəhərin mərkəzinə yaxın  yerləşməsi  ardıcıllığına əsasən, onlara yaxın yerləşən əmlakların qiymətinin artmasını görmək heç də çətin  deyil. Əksinə, şəhərdən kənara doğru getdikcə  isə  metrolardan uzaqlaşma ardıcıllığı ilə  əmlak qiymətlərinin  nisbət fərqi ilə azaldığının şahidi oluruq. Əmlakın təmirli və ya təmirsiz, yeni tikili və ya köhnə tikili, lüks şəraitli və ya sadə, panoramalı və ya panoramasız  olması da  həmçinin, qiymətlərə  birbaşa təsir edir.

Əgər bu ərazilərdən birində əmlak almaq niyyətindəsinizsə  tələblərinizi və büdcənizi nəzərə alaraq bir mülkiyyət agentliyi ilə işləmək və ya əmlak veb-saytlarından faydalanın! Bu yolla, istənilən tələblərinizə uyğun əmlakları tapa biləcəksiniz. Daxil olduğunuz “Area.az”saytının elanlarına baxdıqca  isə əmlaklar haqqında təsəvvürünüz sözün əsl mənasında  dəyişəcək və sizdə bəlli bir zövq formalaşdıracaq. Bəs siz hələdə “Area”nın mərkəzdə yerləşdirdiyi əmlaklarla  tanış olmamısınız?

0 bəyənmə

Oxşar elanlar

Əmlaka yatırım: 2025-də nələrə diqqət etməlisiniz?

2025-ci ildə daşınmaz əmlaka investisiya qoymaq üçün bir çox fürsətlər ...

Avq 24, 2024 Ətraflı oxu

Azərbaycanın Memarlıq İncisi: Rasim Əliyev

Azərbaycanın müasir memarlıq sahəsində seçilən və tanınan simalarından biri olan Rasim Ə...

Sen 3, 2024 Ətraflı oxu

Teleqüllənin yaranması və Xarici investorların ölkəyə cəlb olunması

Azərbaycan Teleqülləsi ölkənin müasir telekommunikasiya infrastrukturunun müh&uu...

Sen 28, 2024 Ətraflı oxu

"Köhnə tikili, yoxsa yeni tikili?" #1

 40 -50 il əvvəl şəhərimizdə kütləvi şəkildə yaşayış binaları tikilirdi, lakin bu binalar ...

Sen 27, 2024 Ətraflı oxu