Daşınmaz əmlak sahəsində 28 ildir fəaliyyət göstərirəm. Əsasən şəhərin ən premium zonalarında lüks mənzillər, böyük villalar və "Sea Breeze"də əmlak satışı ilə məşqul oluram. Hər bir əmlaka xüsusi yanaşma tərzim var, əmlakın analitikasından tutmuş qiymətləndirilməsinə qədər, komandam ilə satışını təşkil edirəm.
Həmçinin "AREA" şirkəti olaraq mənzillərin təmiri və dizaynını həyata keçirilməsinə rəhbərlik edirəm.
Siz də qısa müddətdə və uyğun qiymətə əmlak alqı-satqısını həyata keçirmək istəyirsinizsə, "AREA" şirkətinə müraciət edin!
+994 51 500 98 98 Zəng sifariş et

**Bilgəh qəsəbəsində, Amburan Beach Club yaxınlığında yerləşən eksklüziv bağ evi satışa təqdim olunur.**
Bakıətrafı ən prestijli yaşayış məkanlarından biri olan Bilgəhdə, dənizə piyada məsafədə yerləşən bu möhtəşəm villa komfortlu yaşayış, yüksək təhlükəsizlik və prestijli həyat tərzini bir araya gətirir. Xəzər dənizinə açılan mənzərəsi və əlverişli yerləşməsi əmlakı həm yaşayış, həm də investisiya baxımından dəyərli seçim edir.
24 sot torpaq sahəsində inşa edilmiş 4 mərtəbəli villa geniş və funksional layihələndirilib. Həyətyanı sahə peşəkar landşaft dizaynı ilə abadlaşdırılıb, dekorativ və meyvə ağacları, hovuz, uşaq oyun meydançası, qapalı yay mətbəxi, təndir, qaraj, generator və 2 mərtəbəli mühafizəçi evi ilə tam təmin olunub.
Villa daxilində ev kinoteatrı və barla təchiz olunmuş istirahət zalı, sauna kompleksi, geniş qonaq otağı, ayrıca iş kabineti, 4 yataq otağı (hər biri fərdi sanitar qovşağı ilə), idman zalı və bütün ailə üzvlərinin rahatlığı üçün nəzərdə tutulmuş funksional yaşayış sahələri mövcuddur.
Bilgəh qəsəbəsi ekoloji cəhətdən təmiz havası, dəniz sahilinə yaxınlığı, elit qonşuluq mühiti və premium infrastrukturu ilə seçilir. Məhdud sayda belə əmlakların satışa çıxması bu villanı həm yüksək həyat keyfiyyəti, həm də uzunmüddətli, etibarlı investisiya üçün ideal seçimə çevirir.