Daşınmaz əmlak sahəsində 28 ildir fəaliyyət göstərirəm. Əsasən şəhərin ən premium zonalarında lüks mənzillər, böyük villalar və "Sea Breeze"də əmlak satışı ilə məşqul oluram. Hər bir əmlaka xüsusi yanaşma tərzim var, əmlakın analitikasından tutmuş qiymətləndirilməsinə qədər, komandam ilə satışını təşkil edirəm.
Həmçinin "AREA" şirkəti olaraq mənzillərin təmiri və dizaynını həyata keçirilməsinə rəhbərlik edirəm.
Siz də qısa müddətdə və uyğun qiymətə əmlak alqı-satqısını həyata keçirmək istəyirsinizsə, "AREA" şirkətinə müraciət edin!
+994 51 500 98 98 Zəng sifariş et

Bilgəh qəs., 8-ci dalanda, əsas yoldan cəmi 20 metr məsafədə yerləşən bu möhtəşəm bağ evi rahatlıq, keyfiyyət və prestiji bir araya gətirir. 8 sot torpaq sahəsində inşa olunmuş, 2+1 mərtəbəli (3-cü mərtəbə mansard) villa geniş planlanması və dəniz mənzərəsi ilə seçilir. Mansard mərtəbədən açılan gözəl dəniz panoraması evə xüsusi dəyər qatır.
330 kv.m yaşayış sahəsi, əlavə 230 kv.m balkon və terras sahəsi ilə ailəvi komfort üçün ideal şərait yaradılıb. Evdə hər biri 35 kv.m olan 4 geniş yataq otağı, 5 sanitar qovşaq, tam təchiz olunmuş müasir mətbəx və yüksək keyfiyyətli mebellərlə tam hazır interyer mövcuddur.
Bütün elektron avadanlıqlar daxildir – məşhur Bosch və Toshiba markalarına məxsus texnikalar 2 illik zəmanətlə təqdim olunur. Evin bütün sahəsi isti döşəmə sistemi ilə təmin edilib, həm ev daxilində, həm də hovuz ətrafında istifadə olunan keramoqranit örtük estetik görünüş və davamlılıq təmin edir.
Əlavə üstünlüklər: bağlı və açıq qaraj, elektron suvarma sistemi, təhlükəsizlik kamera sistemi, həyətdə açıq besedka və tam abadlaşdırılmış həyət. Su, qaz, işıq daxil olmaqla bütün sənədlər qaydasındadır.
Rahat yaşayış və yüksək səviyyəli istirahət üçün ideal seçimdir