İnvestorlar bu mənzillərə nə üçün investisiya edir?

  • 2087 İnsan
  • Okt 9, 2024

 İnvestorlar bu mənzillərə nə üçün investisiya edir?

Bakıda "Xruşşovka" kimi və  ya köhnə tikililər kimi tanınan, xüsusəndə beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr vasitəsilə köhnə, xüsusən də istismar müddəti başa çatmış qəzalı binaların söküntüsünə başlanılıb. "Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək, yerində yeni binalar inşa edilib. Dünya ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, istismar müddəti başa çatmış binalardakı mənzillərin satış qiyməti yenilərinə nisbətən 50% daha ucuz olur.

Hazırda, Bakı şəhərində istismar müddətini başa vurmuş binalarda 11 minə yaxın mənzil mövcuddur.

Ekspert əlavə edib ki, ölkəmizdə pilot layihələr çərçivəsində söküntü işlərinə başlanandan, bu cür binalardakı mənzillərin qiymətləri kəskin bahalaşıb.

"Qiymət artımının müxtəlif səbəbləri var.

Sökülən binadakı mənzil sahibinə yeni tikilidən daha böyük və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiymətləri artır. Bu binalardakı mənzilləri əsasən investorlar alır. Onlar köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra, yeni mənzili satışa çıxarır və iki dəfə baha satırlar. Bundan əlavə, çoxmərtəbəli binalar tikilərkən kirayə pulu da verilir ki, bu da əlavə qazancdır," - deyə ekspert bildirib.

©

0 bəyənmə

Oxşar elanlar

Bu ərazilərdə binalar söküləcək!

Bakıda sökülən binalara görə kompensasiya Maliyyə Nazirliyi tərəfindən bazar qiyməti ...

Okt 3, 2024 Ətraflı oxu

Landşaft dizaynı

Landşaft dizaynı, təbiət və insanın yaratdığı mühitin harmonik şəkildə birləşdirilməsi sənətidi...

Sen 8, 2024 Ətraflı oxu

H. Əliyev adına Aeroport Memarların gözü ilə.

"Heydər Əliyev" adına Beynəlxalq Aeroport, Bakı şəhərində yerləşən əsas beynəlxalq hava li...

Sen 11, 2024 Ətraflı oxu

Bakıdakı Formula 1 yarışları: sürət, həyəcan və əmlak bazarına təsirləri

Formula 1 yarışları dünyanın müxtəlif yerlərində milyonlarla insanı cəlb edən həyəcan veri...

Avq 31, 2024 Ətraflı oxu