Nə üçün mənzil Ağ Şəhərdən alınmalıdır?
Dəyişən və inkişaf edən ölkəmizdə, gündən-günə abadlaşan küçələri, parkla...
Ev təmiri bu yaradıcı və həyəcan verici bir prosesdir. Ancaq nəticənin gözləntilərə uyğun olması üçün səhvlərə yol vermək olmaz. Odur ki, təmirə başlayarkən, bu 5 məsələ üzərində yaxşı düşünün: 1. Büdcənin düzgün planlaşdırmaq. Bəzən təmir zamanı artıq xərclər ortaya çıxır. Bu da planlaşdırılan büdcəni aşır. Bu hal ilə qarşılaşmamaq üçün detallı xərclər planı hazırlamağı tövsiyə edirik. Bu plan yalnız materiallar və xidmətləri deyil, həmçinin gözlənilməz xərcləri də əhatə etsin. 2. Materialların düzgün seçilməsi. Keyfiyyətsiz və ya uyğunsuz materialların seçilməsi gələcəkdə problemlərə səbəb ola bilər. Materialların xüsusiyyətlərini və məhsul haqqında rəyləri öyrənməyə vaxt ayırmaq, son qərarı qəbul etmədən əvvəl vacibdir. Bu, sonradan sürprizlərdən uzaq olmağa və təmirin davamlılığını təmin etməyə kömək edəcək. 3. Peşəkarlara müraciət. Hər işi öz başınıza edərək qənaət etməyə çalışmaq, bahalı səhvlərə səbəb ola bilər. Professional şəxslər və dizaynerlərin cəlb olunması zamanı həm əsəb sisteminizin qorunmasına və həmçinin işlərin yüksək keyfiyyətinin təmin olunmasına şahid olacaqsız. 4. Elektrik qutularının və işıqlanmanın düzgün yerləşməsi. Elektrik qutularının və işıqlandırıcıların düzgün yerləşdirilməsi - təmir prosesində əsas məqamdır. Elektrik qutusu nə çox yüksəkdə nə də aşağıda yerləşdirilməməlidir. Bunun üçün yerlər müəyyən edilməlidir. Bu, rahat və funksional bir məkan yaratmağa kömək edəcək. 5. Uğursuz dizayn və rənglər. Maraqlı və yaradıcı dizayn əla, amma elementlərin və rənglərin çoxluğu qarma-qarışıqlığa səbəb ola bilər. Funksional və estetik arasında balans tapmaq vacibdir. İşə başlamazdan əvvəl dizaynerdən məsləhət alın və ya onlayn mənbələrdən aldığınız məlumatlardan istifadə edin. Bu sizə təmir vaxtı çox yardımçı olacaq. Bilin ki, ideal evlərin təmirini həyata keçirmək üçün, büdcəni düzgün hesablamaq, peşəkar ustalar tapmaq, detallara diqqət və ən əsas səbr tələb edir!
Siz də təmir zamanı xeyli vaxt, pul və ən əsası sakitliyinizi itirmək istəmirsinizsə, o zaman "AREA" şirkətinə arxayınlıqla müraciət edə bilərsiniz! Biz bu işi bacarırıq!
+994 12 599 98 98
+994 51 500 98 98
Dəyişən və inkişaf edən ölkəmizdə, gündən-günə abadlaşan küçələri, parkla...
Bu gün bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünü...
"Heydər Əliyev" adına Beynəlxalq Aeroport, Bakı şəhərində yerləşən əsas beynəlxalq hava li...
Bakıda torpaq sahəsi almaq uzun müddətli sərmayə kimi çox cəlbedici bir seçimdir....