Məscidül-Haram: Memarlıq şahəsəri və İslam Dünyasının mərkəzi
Məscidül-Haram, yalnız dini baxımdan deyil, həm də memarlıq və inşaat baxımından əhəmiyyətli bi...
XX əsrin sonlarına doğru başlayan layihələr şəhər sakinləri üçün yeni reallıqları açmışdır. XXI əsrin alimləri “Qara Şəhər” adı ilə tanınan ərazidə gələcək nəsili yetişdirməyin əleyhinə idi. Burada ən qlobal problem bir çox neft emalı zavodlarının ardıcıl yerləşməsi və həmçinin şəhər ətrafı ekologiyanın çirklənməsinə səbəb olması idi.
Bir qərar qəbul etmək lazım idi. Vəziyyəti yaxşılaşdırmaq və ya dəyişmək üçün şəhərplana alması ilə müzakirələr gedirdi. İlk ağıla gələn "Qara Şəhər" tədricən "ağardılmalı", ondan parçalar ayrılmalı və onlar inşa edilməli idi. Lakin Bakının şəhərplançıları, hər şeyi fərqli etdi.
“Qara Şəhər”in inkişafının əsas planı Azərbaycan Prezidentinin 2006-2010-cu illər üçün "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində, Azərbaycanın İcra hakimiyyəti rəhbərinin 11 iyun 2007-ci il tarixli sərəncamı əsasında hazırlandı. Beləliklə, “Bakı Ağ Şəhər” layihəsinin əsası qoyuldu.
Bu layihə simvolik mənada böyük əhəmiyyətə malikdir, çünki tarixi olaraq "Qara şəhər" adlanan əraziyə yeni inkişaf layihəsi təqdim olundu. Bakı şəhəri daxilində, ekoloji baxımdan ən pis şəraitdə, neft və neft sənədləri ilə çirklənmiş torpaqlarda yeni, müasir, ekoloji təmiz, gözəl inşaat layihəsi həyata keçirildi. “Bakı Ağ Şəhər” layihəsi böyük beynəlxalq şəhərplanlama layihələrindən biri olmuşdur. Onun üzərində, Azərbaycanlı mütəxəssislərlə birlikdə, tanınmış mühəndis konsaltinq şirkəti “Atkins”, məşhur arxitekt “Norman Fosterin” bürosu və kommersial layihələri ilə tanınan Amerika şirkəti “F+A.Architects“ işləmişdir.
Layihənin planlaşdırılmasına rahat məhəllə prinsipi əsasında yanaşılıb, ki, bu da orada yerləşmiş villalar və yaşayış evləri, uşaq bağçaları, məktəblər, parklar, nəqliyyat şəbəkəsi və gözəl yolların birləşmiş ansamblını yaratmağa imkan verir. Burada şəhərin 10 universal “Şəhər məhəlləsi“ yaradılmışdır, hər biri yaşamaq, işləmək, istirahət etmək və əyləncə üçün özündə ən yaxşı şəraiti birləşdirir. ”Bakı Ağ Şəhər” üçün konsepsiya hazırlamazdan əvvəl Barselona, London və Paris kimi böyük şəhərlərin planalma və tikinti şirkəti ilə ətraflı müzakirə edilmişdir. Bakının mərkəzinə uyğun optimal detallara diqqət yetirilmiş, və onları ən yaxşı şəkildə əks etdirməyə nail olmuşlar. Nəticədə "Bakı Ağ Şəhər" adlı möhtəşəm görünüşlü yaşayış mərkəzi ərsəyə gəlmişdir.
Layihənin bəzi binaları Dubai, Ciddə və Honkonqda keçirilən beynəlxalq sərgilərdə sertifikatla təltif olunmuşdur. Bütün layihə 2011-ci ildə "Gələcəyin layihəsi" nominasiyasında da həmçinin təltif olunmuş, hansı ki, bu hər il Cannes-da keçirilən ən etibarlı beynəlxalq sərgiyə daxil olur.
"Bakı Ağ Şəhər” 221 hektar sahəsi ilə Monako ölçüsündən daha böyük və İçəri Şəhər ərazisindən 11 dəfə artıq geniş bir sahəni əhatə edir. Beləliklə, o, Qafqaz bölgəsindəki ən böyük inkişaf proyektidir. Hətta bu layihə “Andorra Prensliyi” nüfusu ilə müqayisə edilə bilər. Şəhər 20000 yaşayış və ticarət, 40000 maşın park yerini və həmçinin 48000 sakinin iş yerini təmin edəcək gücdədir. “Ağ Şəhər”də yaşayış üçün nəzərdə tutulmuş və artıq istifadəyə verilmiş müasir komplekslərində sayı az deyil. Misal olaraq; “Park Hill Terrace, Knightsbridge Residence, Nobel Tower, Park Çinar, Sahil Residence, Monparnas Residence, Rich Tower, Hayat Park, Renessans, Ağ Saray, Altem Tower, Versal Palace, Raffle Tower, Toca Residence, Baku City Residence” və s. kimi binaları misal göstərmək olar.
"Bakı- Ağ Şəhər":- Ekoloji orientasiyası, sabitliyi, bütövlüyü və Qız qalasına yaxın, cəmi 4km məsafədə yerləşməsi üstünlüyünə görə yerli və xarici investorların marağınıda özünə cəlb etmişdir. Burada həmçinin dənizə birbaşa panoraması olan mənzillərə, turistlərində maraq göstərməsini görmək olar.
Günü-gündən inkşaf edən möhtəşəm görüntüsü olan “Ağ Şəhərə” hansı istiqamətdən nəzər yetirsək onu XXI əsrin“Ağ İncisi“ adlandıra bilərik.
Ardı var...
Məscidül-Haram, yalnız dini baxımdan deyil, həm də memarlıq və inşaat baxımından əhəmiyyətli bi...
Port Baku Residences, Bakının mərkəzində yerləşən və lüks yaşayış standartlarını müəyyən e...
Ev təmiri bu yaradıcı və həyəcan verici bir prosesdir. Ancaq nəticənin gözləntilərə uyğun olmas...
Bazar araşdırması göstərdiyimiz xidmətlərdən sadəcə biridir. Bu dəfə Bakıda yerləşən anbarlar b...