Yaxşı mənzilə sahib olmaq istəyirsənsə öyrən!

  • 465 İnsan
  • Dek 27, 2023

Yaxşı mənzilə sahib olmaq istəyirsənsə öyrən!

Hər kəsin həyatında ən önəmli məsələlərdən biri də öz mənzilinə sahib olmaq istəməkdir. Demək olar ki, hər bir insan həyatında bir dəfə də olsun, mənzil alır. Amma mənzil alışında  təcrübəsi olmadığından bir sıra çətinliklərlə qarşılaşır. Misal üçün: Mənzil alarkən alıcıların aldadılması hallarının baş verdiyinin tez-tez şahidi oluruq. Bəzən mənzil satılır, bir müddət sonra onun divar kağızları qopmağa başlayır, yaxud boru xətlərində problemlər ortaya çıxır, ya da qışda mənzilin qızdırılması, yay da soyudulması və s. digər ağlına gətirə bilmədiyi çətinliklərlə rastlaşır.

Bəzən  hansısa mənzili satışa çıxaran zaman o kosmetik təmir edilir ki, daha baxımlı olsun. Çox zaman bu kosmetik təmirin altında xeyli problem olur. Mənzilin yeni sahibi ancaq onu alandan sonra bu problemlərdən xəbər tutur. İlk baxışda isə bunları görmür. Çalışmaq lazımdır ki, mənzil almazdan öncə detallı araşdırılsın, mütəxəssislərlə məsləhətləşmələr aparılsın. Çünki təmirin özünün müxtəlif standartları var. Çox zaman göz oxşayan təmir o qədər də keyfiyyətli materiallardan olmur.
 

Mənzil alqı-satqısı zamanı hüquqi məsələlərlə də bağlı kifayət qədər problem ortaya çıxır. Hətta bir dövrlər ölkədə bir mənzilin fırıldaqçılıq yolu ilə bir neçə şəxsə satılması halları da geniş yayılmışdır. Bu cür problemlərlə qarşılaşmamaq üçün nə edək? İstədiyiniz mənzili tapmaq və satın almaq üçün bu məsləhətlər sizə köməkçi ola bilər. 

- Büdcəni müəyyən etmək: Mənzil almaq üçün olan maliyyə gücünüzü aydınlaşdırın. Bütün maliyyə aspektlərini  gözdən keçirin.
- Mənzilin kriteriyalarını təyin edin: Otaq sayı, sahəsi, qiymət, məkan və ətraf infrastruktur kimi kriteriyaları müəyyənləşdirin. Bu sizin mənzilinizdən gözləntilərinizi dəqiq şəkildə anlamağa kömək edəcəkdir.
- Ərazi araşdırması: Arzu etdiyiniz məkanlarda mənzil axtarışı aparmağa başlayın. İstənilən mənzilin və ətraf mühitin online və ya yerli əmlak agentliklərində, elanlar vasitəsilə axtarışını edə bilərsiniz.
- Mənzil baxışları: Mümkün olan ən çox mənzili görmək, hətta mümkün olduqca bütün detalları müşahidə etmək əhəmiyyətlidir. Ona görə mənzilə diqqətlə baxış keçirin və mümkün olduqca çox sual verin. Mənzilə baxarkən olduğunuz yeri tez tərk etməyə çalışmayın. Bəzən danışıq əsnasındada  satıcının  hansı gizli məqamları gizlətdiyinin də şahidi ola bilərsiniz. 
- Anlaşma və satın alma: Sizin üçün uyğun olan mənzili tapdığınızda, satıcı ilə anlaşmaq üçün icarə müqaviləsi hazırlayın və tərəflər arasında bərabər şərtlərə əməl edin.

Tikinti kooperativlərində mənzil.

Tikinti Kooperativlərindən (MTK) mənzil alarkən dəhlizlərin yerləşməsinə diqqət etmək lazımdır. Çox zaman bir mərtəbədə daha çox mənzilin yerləşdirilməsi üçün dəhlizə xeyli qənaət edilir. Bu da görünüşü korlayır. Bir girişdə daha az mənzilin olması daha elit səciyyə daşıyır. Bu, onu göstərir ki, orda qonşuların bir-biri ilə təması və problemlərin yaranması ehtimalı daha az olacaq. Bir dəhlizdə 5-8 mənzilin olduğu yataqxana tipli binalardan mənzil almaq məqsədəuyğun deyil. Binaların liftlərinin də olmasına baxmaq lazımdır. Binada ən azı bir yük və sərnişin lifti mütləq olmalıdır. Liftlərin sayının üç olması isə daha  elit hesab olunur.

Bəs düzgün tikilmiş həyət evini necə seçək?

Evlər əsasən paytaxtın kənd və qəsəbələrində inşa olunur. Bəzən məhəllə formasında tikilən belə evlərin həyətləri balaca və layihələri eyni olur. Bir çox hallarda bu evlərin keyfiyyəti də şübhə doğurur.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, vətəndaşlar belə evləri alarkən diqqətli olmalıdırlar. Çünkü bu evlərin bəziləri daha tez pul qazanmaq məqsədi ilə işbazlar tərəfindən ucuz materiallarla və cəmi bir neçə həftəyə inşa edilir. Əslində isə 1 evin tikilib ərsəyə gətirilməsinə minimum 3 ay vaxt sərf edilməlidir. Çünkü tikinti zamanı bəzi materialların quruması vacib hesab edilir. Bu evləri alan zaman bir sıra nüanslara diqqət etmək lazımdır. Keyfiyyətsiz evlərin fəsadları da çox ağır olur və aradan qaldırılması da baha başa gəlir.
Nofəl Quliyev həmçinin deyir ki, bu evlərin sənədləşməsində də müəyyən problemlər yarana bilər. Vətəndaşlara həmçinin məsləhət görülür ki, bu tipli evləri hansısa qeyri-peşəkar fərdi şəxslərdən yox, tikinti sektoru üzrə ixtisaslaşmış tikinti şirkətlərindən alsınlar.

  Xaricdə mənzili almaq istəyənlər konsaltinq şirkətləri ilə məsləhətləşmə aparır. Həmin şirkətdə tikilinin keçmiş və indiki problemləri, qanuniliyi barədə məlumatlar olur. Daşınmaz əmlak şirkətləri də vətəndaşlara bu istiqamətlərdə yardım göstərir. Onlar hansı binadan mənzil seçməyin daha əlverişli olması,vətəndaşın zövqünə, yaşayış parametrlərinə uyğun olması, infrastruktur və nəqliyyat əlçatanlığı baxımından məqsədə uyğunluğu barədə məsləhətlər verir.  Mənzil alarkən həmin ərazidəki yollarda tıxacların olub-olmaması da nəzərə alınmalıdır. Həmin şirkətlər mənzil alanlara bildirirlər ki, hansı ərazidən mənzil alsalar, öz iş yerlərinə daha rahat gedib-gələ bilərlər. Onlar müxtəlif binaların yerləşdiyi ərazilərdə infrastrukturun yaratdığı faydalarla bağlı vətəndaşları bilgiləndirir.

Mənzil alma prosesində sürətlərə qoşulmamaq və ətrafınızdakıların və maliyyə mütəxəssislərinin rəy və köməyinə əsaslanmaq əhəmiyyətlidir. "AREA" şirkətinə müraciət etmək isə sizin işinizi çox asanlaşdırıb, qəlbinizi rahatladacaqdır. 
Əmin olun, düzgün və rahat mənzil seçimi çox vacibdir!

0 bəyənmə

Oxşar elanlar

Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

Əgər əvvəllər bir mənzil sahibi bu yaşayış sahəsinə qeydiyyata alınmaqla ən azı beş il vergi öd...

10 Okt, 2023 Ətraflı oxu

8 Noyabr - Zəfər günü

8 noyabr milli qürur günü – Zəfər Günüdür. Bu tarixi gün m&...

Noy 14, 2023 Ətraflı oxu

Azərbaycanda Rialtorların Lisenziyalaşdırılması: Professionalizmin və Müdafiənin Təminatı

Hazırda Azərbaycanda rialtorların lisenziyalaşdırılması mövzusu vacib bir müzakirə mö...

Okt 17, 2023 Ətraflı oxu

27 sentyabr Anım Günü

27 sentyabr Anım Günündə vətənin bütövlüyü uğrunda canından keç...

10 Okt, 2023 Ətraflı oxu