Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

  • 557 İnsan
  • 10 Okt, 2023

Daşınmaz əmlak satışı üçün vergi hesablanması.

Əgər əvvəllər bir mənzil sahibi bu yaşayış sahəsinə qeydiyyata alınmaqla ən azı beş il vergi ödəməkdən azad edilirdisə, 01.01.2020 -ci il tarixdən bu müddət üç təqvim ilinə endirildi. Digər tərəfdən, mülkiyyətində olan mənzil satıldıqda, qeydiyyat müddətindən asılı olmayaraq, hər bir şəxs 30 kvadrat metr yaşayış sahəsi üçün müavinət alacaq. Yəni vətəndaş, 70 kvadratmetrlik mənzili satarkən yalnız 40 kvadratmetr üçün vergi ödəyəcək. Yaşayış sahəsinin hər kvadrat metri üçün baza vergisinin məbləği 15 manat olaraq təyin olunur ki, bu da zona əmsalı ilə vurulmaqla hesablanır. Nəticədə, mənzil satarkən vətəndaşlar 450 manat baza vergisi məbləğinə bərabər güzəşt əldə edəcəklər. (Trend) Nazirlər Kabinetinin sərəncamına əsasən, əmlak vergisinin tutulması üçün Bakı şəhəri və onun ətraf qəsəbələri hər birinə görə şərti olaraq əmsal qoyulmuş 12 zonaya bölünür. Zonadan asılı olaraq əmsal 0,7 ilə 1,5 arasında dəyişir. Bu o deməkdir ki, mərkəzdəki mülk sahibləri satışdan şəhərətrafı bölgələrə nisbətən daha yüksək vergi ödəyəcəklər. Belə ki, paytaxtın mərkəzini əhatə edən 1 -ci zonada (R.Behbudov və Füzuli küçələrinin xətti boyunca dəmiryol stansiyasının yaxınlığındakı perimetrin daxilində) əmsal 1,5 -dir. Ona görə də burada vergi satılan yaşayış sahəsinin hər kvadrat metri üçün 15x1.5 = 22.5 manat təşkil edir. Ən uzaq - 12 -ci zonada isə - 0,7, yəni, vergi 15x0.7 = 10.5 manat təşkil edir.

 

1 bəyənmə

Oxşar elanlar

Daşınmaz əmlaka yatırım etmək üçün 4 səbəb

Daşınmaz əmlaka investisiya ən çox üstünlük verilən investisiya növü...

Noy 15, 2023 Ətraflı oxu

Rahat yataq otağı

“Yataq otağını  necə düzgün planlamaq lazımdır” Evimizi dizayn  e...

Apr 2, 2024 Ətraflı oxu

Süni intellektin daşınmaz əmlakda faydası?

Son illər ərzində, sürətlə inkşaf edən  süni intellekt (Sİ) gündəlik həyatımızın...

Fev 28, 2024 Ətraflı oxu

#1 Bina evi yoxsa həyət evi?

Hər kəs mənzil almaq niyyətində olduğu zaman, ən yaxşı yaşayış yeri – həyət evi yoxsa bina e...

Apr 10, 2024 Ətraflı oxu