Merdekanda evler - Mərdəkanda evlər şəhərin sakit ətrafında yerləşərək şəhər həyatının təlaşından rahat qaçmağı təklif edir. Cəzbedici mənzərələr və yaşıllıqlarla əhatə olunmuş bu yaşayış məskənləri dinc yaşamaq üçün mükəmməl şərait yaradır. Füsunkar kotteclərdən tutmuş geniş ailə evlərinə qədər, Mərdəkanda evlər hər həyat tərzinə və büdcəyə uyğundur. Sakinlər ağaclarla örtülmüş küçələrdə rahat gəzə və ya öz şəxsi evlərində ətrafdakı təbii gözəlliklərə baxaraq dincələ bilərlər.
Merdekanda evler - Məktəblər, mağazalar və parklar kimi müxtəlif yerlərə asanlıqla çıxışı olan Mərdəkanda evlər rahatlıq gətirir. İstər böyüyən ailəniz üçün rahat bir istirahət yeri, istərsə də geniş yaşayış yeri axtarırsınızsa, Mərdəkanda evlər müxtəlif ehtiyaclara və seçimlərə cavab verir. Şəhərətrafı yaşayışın sakit cazibəsini hiss edin və bu gün Mərdəkanda evləri araşdırın. Mərdəkanda füsunkar evlərindən birində sakit həyatın sevincini yaşayın və sakitlikdən həzz alın.
Mərdəkan – Azərbaycanın ən mühüm dənizkənarı iqlim kurort zonasıdır. Mərdəkan adının tarixinə nəzərə salsaq, Mərdəkan adının “Mərdlər məkanı” kimi tərcümə olunduğunu, həmçinin qəsəbənin qədim “Mard tayfaları” tərəfindən salındığını görürük. Mardların adına isə ilk Qafqaz Albaniyasında mövcud olan tayfaların sırasında rast gəlinir. Bu da onun qədimliyini sübut edən əsas faktdır. Mərdəkanın qədim tikililərinə: Mərdəkan qalası, Mərdəkan qalası-2, Tağıyev imarəti, Xanbaba hamamı, Tuba şahı məscidini misal gətirmək olar.
Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdır.
Merdekanda evler - Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır.
Burada məhşur kardioloji, nevroloji(Günəşli), qastroentoroloji (Abşeron)uroloji, vərəm dispanseri, sanatoriyalar, pansionatlar, iqlim müalicəsi üçün istirahət və müalicə yerləri vardır.
Həmçinin qəsəbədə İcra hakimiyyəti binası, Heydər Əliyev Mərkəzi, Dendrologiya parkı və burada S.Yesenin ev muzeyi, Xəzər rayon xəstəxanası, özəl tibb müəssisələri, mədəniyyət və gənclər evi , 2 kitabxana, yeni/tikili sosial binalar və s. vardır.
Mərdəkan qəsəbəsinin şəhərdən aralı məsafədə yerləşməsinə baxmayaraq, əhali burada sıx məskunlaşmışdır. Son illərdə Mərdəkanın Əncirli, Qızılqum, Köçərilər bağ yerlərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişdir.
Gün – gündən əhalisinin sayı artan qəsəbə, inkşaf edir çiçəklənir. 20 il bundan əvvəlki dövrlərə diqqət etsək, qəsəbənin necə inkşaf etdiyini görə bilərik. Burada yeni tikilmiş hündür mərtəbəli binalar, özəl evlər, böyük hipermarketlər, yeni salınmış parklar və özəl villalar şəhərin inkşafını göstərən əsas meyar kimi əsaslandırılır.
Merdekanda evler - Mərdəkan qəsəbəsi, yaşayış məntəqəsi olmasından əlavə həmçinin, bağlar massivi kimi də tanınır. Buranın qumsal torpaqları, iqliminin uyğun olması, həmçinin dənizinin mövcudluğu, bu ərazidə bağ evlərinin inşası üçün zəmin yaradır. Burada şəhər inkşaf etdikcə torpaqların və yeni/tikililərin, həmçinin, villaların qiyməti yola və dənizə yaxın yerləşməsi prinsipindən asılı olaraq artır.
Burada tikilən yeni binalar keyfiyyətli materiallara və yeni texnologiyalara əsaslanır. Son illərdə daha çox vilların tikilməsi isə danılmazdır.
Bu qəsəbədə yerləşən yeni tikililərdən mənzil almaqla, özünüz və ailəniz üçün əsas investisiya etmiş olursunuz. Bu ərazidə mənzil əldə etməklə siz həm qış həm də yay aylarında yaşayış üçün əmlak əldə edirsiniz. Nəzərə alsaq ki, yay aylarında dincəlmək üçün şəhər əhalisi Mərdəkan kimi kurort zonalarına üz tutur, və dəniz kənarında mənzilləri icarə etməyə tələsirlər.
Həmçinin, burada dənizin olması ailə üzvləriniz və sizin üçün yayı əyləncəli və maraqlı edəcəkdir. Dənizin sahilində Amburan Beach, Dalğa Arena, Mərdəkan aquparkı, müasir çimərliklər, bir –neçə km –likdə yaxın məsafədə yerləşən Sea- Breeze istirahət və yaşayış kompleksinin olması yayın qızmarlığını sizə unutduracaq.