Evim residence mənzərəli parkın yaxınlığında yerləşən, fərqli planlaşdırmalar təklif edən yaşayış kompleksidir. Bu yaşayış kompleksi Bakının Nəsimi rayonunda yerləşir. Zabitlər parkının yaxınlığında, dəniz sahilinə bir neçə kilometr yaxınlıqda yerləşən bu yaşayış məskəni olduqca elitdir. Evim residence bütün zəruri infrastrukturlarla təmin olunub. Məsələn, yaxınlıqda supermarket, kafe, poçt, bank şöbələri var. Ətrafda sirk, akvapark, kinoteatrlar, əyləncə parkı, zoopark və Tofiq Bəhrəmov adına stadion yerləşir. Kilometr radiusunda bir neçə tibb mərkəzi, klinikalar, ana və uşaq xəstəxanası, 1 saylı Şəhər Klinik Xəstəxanası, 7 nömrəli ümumi təhsil məktəbi və musiqi məktəbi, uşaq bağçası, ali məktəb və liseylər, Slavyan Universiteti yerləşir. Evim residence və Nizami Gəncəvi metrosu arasındakı məsafə 10 dəqiqədir.