Seher baglari - Premium mənzillər

Seher baglari - Nərimanov  rayonu, Aşıq Alı küçəsi, Prestijli Şəhər bağları kompleksi,  təmirli və təmirsiz  mənzillər satışa  təklif edir.
Seher baglari yaşayış kompleksi -Bakıda yerləşən və yüksək keyfiyyətli yaşayış şəraiti təmin edən premium klass bir layihədir. Bu kompleks məşhur Britaniya mühəndislik şirkəti Atkins tərəfindən inşa edilmiş, müasir memarlıq və dizaynın gözəl nümunəsidir.

şəhər bağları 2024

Seher baglari -  Kompleksin əsas xüsusiyyətləri:

  1. Yerləşmə:

Kompleks şəhərin mərkəzində yerləşir və ətrafında müxtəlif ictimai obyektlər, parklar və ticarət mərkəzləri var.

Şəhərin gözəl mənzərələrinə açılan panoramik görüntü,  şəhəri saatlarla seyr etməyə insanı sövq edir.

  1. Mənzillər:

İki səviyyəli dupleks mənzillər daxil olmaqla, müxtəlif ölçülərdə mənzillər mövcuddur. Burada  satış üçün 2, 3, 4, 5 otaqlı mənzillər mövcuddur.

Hər bir mənzil müasir və funksional planlaşdırma  layihəsi  ilə təmin edilmişdir.

 Şəhər bağlarında tavan hündürlüyü 3.8 metr,  otaqlar isə geniş və işıqlıdır.

  1. İnfrastruktur:

Kompleksin daxilində geniş idman-əyləncə kompleksi var.

250 nəfərlik tədbir zalı, geniş qapalı hovuz, SPA və solarium mövcuddur.

8 nəfərlik kinoteatr, futbol, basketbol və voleybol meydançaları, trenajor, aerobika, bilyard və boulinq zalları sakinlərə xidmət göstərir.

  1. Ətraf Mühit:

Ümumi 2.2 hektar ərazidə  yalnız 25%-i bina,  qalan 75%-i isə bağlar təşkil edir. Burada geniş yay hovuzu da sakinlərin ixtiyarına verilib.

Yaşıllıqlarla zəngin, dinc və sağlam mühitin olması Şəhər bağları kompleksini   sağlam yaşayışın olmasına təminat verir.

  1. Rahatlıq:

Hər mənzil üçün 2 yeraltı parkinq yeri və qonaqlar üçün yerüstü parkinq sahəsi. Vardır.

 Mənzillər  Mərkəzi istilik sistemi və isti su ilə təmin edilmişdir.

Split kondisionerlər və bütün məişət avadanlıqları mövcuddur.

  1. Təhlükəsizlik və Xidmətlər:

24/7 reseption xidməti və mühafizə sisteminin olması sizin etibarınız  üçün əsas səbəblərdan sayılır.

Yüksək keyfiyyətli xidmətlər və sakinlərin rahatlığı üçün hər cür şərait təmin edilmişdir.

 Şəhər bağları  Heydər Əliyev Mərkəzi, Gənclik metrosu, Odlar Yurdu universiteti, Baku Medical Center, xəstəxanasına  bir addımlıq məsafədə yerləşir.

Şəhər Bağları yaşayış kompleksi, sakinlərinə yüksək keyfiyyətli və lüks yaşayış şəraiti təqdim edən müasir və prestijli bir layihə olmasından əlavə,  unikal dizaynı ilə seçilən, şəhər həyatının dinamikasını və təbiətin sakitliyini bir arada yaşamaq üçün ideal bir məkanı təklif edir. Kompleks yaşamaq üçün, həmçinin investisiya etmək  üçün  olduqca  əlverişlidir.
Şəhər bağlarına kapital qoymağa tələsin.