Sea Breeze yaşayış kompleksində unudulmaz yay

  • 247 İnsan
  • Mar 4, 2024

 Sea Breeze yaşayış kompleksində unudulmaz yay

Ölkəmizin iqlim şəraiti, dağlıq mövqeləri, günəşli gündüzləri, Xəzər dənizi boyu qumsal çimərlikləri yayı yaddaşımızda unudulmaz edir. Xüsusən yay fəsli yaxınlaşdıqca mövsümü dənizsiz təsəvvür etmək olmur. Pirşağı, Bilgəh, Nardaran, Novxanı, Buzovna  qəsəbələri  istirahət üçün əlverişli ərazidə yerləşməsindən əlavə, həmçinin yeni tikili, yaşayış komplekslərinə görə də fərqliliyini izhar edir. 2006 –cı ildə Nardaranda təsis edilən “Sea Breeze” məhz həmin komplekslərdəndir.

“Sea Breeze Resort” Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30-40 dəqiqəlik məsafədə yerləşən unikal kurort kompleksidir. “Sea Breeze”də insanın bütün ehtiyaclarına cavab verən infrastruktur var.
200 hektardan çox ərazini əhatə edən və 25-dən çox hazır olan layihəni, 60-dan çox restoranı, kafe, 15 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəni özündə birləşdirir. Bu, dünyanın müxtəlif ölkələrindən insanları cəlb edən müasir kurort şəhəri sayılır. “Sea Breeze” həmçinin müxtəlif istəklərə uyğun yaşayış məkanları təklif edir:
“Lighthouse, Park Residence, Palazzo Dello Luna, Palazzo del Sol, White Villas, Palazzo Del Rosa, Pol Residence, Palazzo Del Ventus, Marina village, Palm Beach, Grand hotel, Private Villas, Cube hotel, Palazzo, Cottages, Private Villas”  və. s yaşayış kompleksləri “See Breeze” ən tanınmış layihələrindəndir.

“Lighthouse Residence” - yaşayış kompleksi Xəzər dənizinin sahilində yerləşir. Residence 4 və 8 mərtəbəli binalardan ibarətdir. “Lighthouse”-un binalarının memarlıq üslubu və dizaynı  onu ən dinamik layihə edir. Binaların fasadları sənayeşünas binaların üslubuna yaxınlaşaraq, onu ən müasir layihə edir.

“Lighthouse Residence”-in mənzillərində və penthauslarında yüksək tavanlar və dənizə panoraması olan  pəncərələr var. Bu, günəş çıxandan tam axşama qədər otaqlarda maksimum təbii işığın olması  deməkdir. Hər bir mənzil şəffaf triplex şüşə ilə hazırlanmış eyvandan və terrasdan ibarətdir. Belə mənzillərdə dəniz mənzərəsininin qarşısını kəsəcək heç bir maneə ilə rastlaşmayacaqsınız. Kompleksin ərazisində, 52 kv.m sahədə əyləncə və istirahət üçün nəzərdə tutulmuş hovuz yerləşir.

Lighthouse Residence- in  dördüncü binasında Crocus Fitness və açıq hovuzlu spa fəaliyyət göstərir. İstəklərin bu qədər əlçatan olması üçün artıq xarici ölkərə üz tutmağa ehtiyac yoxdur. “See Breeze”-in  öz infrastrukturu  və landşaftı  onu hər  kəs üçün əl çatan etmişdir.

Əgər Xəzər dənizi sahilində yerləşən “Lighthouse, Park Residence, Palazzo Dello Luna, Palazzo del Sol, White Villas”da mənzilə sahib olmaq istəyirsinizsə, illərdir “See Breeze” ilə əməkdaşlıq edən “Area” daşınmaz əmlak şirkətinə müraciət edə bilərsiniz. 

Bu yayı “See Breeze” də fərqli keçirin!

0 bəyənmə

Oxşar elanlar

İnteryer dizayn nə üçün bu qədər vacibdir?

Gözəl bir mənzilə sahib olandan sonra ağıla gələn ilk sual budur, evimi necə, hansı üslubd...

Yan 3, 2024 Ətraflı oxu

27 sentyabr Anım Günü

27 sentyabr Anım Günündə vətənin bütövlüyü uğrunda canından keç...

10 Okt, 2023 Ətraflı oxu

Biz kimik?

"AREA" şirkəti olaraq 1995-ci ildən bəri ölkəmizin daşınmaz əmlak bazarında həm fizik...

10 Okt, 2023 Ətraflı oxu

Ev alarkən nələrə diqqət etməliyik?

Satış üçün ev və özünüz üçün ev fərqli evlərdir. Ra...

10 Okt, 2023 Ətraflı oxu