AREA daşınmaz əmlak agentliyi Azərbaycanda aparıcı rieltor şirkətlərindən biridir. Şirkətin kökləri ötən əsrin doxsanıncı illərinə gedib çıxır. Həmin vaxt Azərbaycanda daşınmaz əmlak bazarı yenicə yaranırdı və ilk vaxtlarda kortəbii sürətdə inkişaf edirdi. Bu cür şəraitdə bazarda uğur qazanmaq üçün bazar iştirakçıları yalnız öz intuisiyalarına və işgüzar fəhmlərinə güvənməli olurdu. O dövrdə Azərbaycanda rieltor xidmətləri institutunun formalaşmasının kökündə dayanan ilk şirkətlərdən biri peşəkar çevrələrdə yaxşı tanınan GeoEko daşınmaz əmlak agentliyi idi. Bazarda özünə möhkəm yer edən şirkət paytaxtda ən iri müştəri bazasına malik idi və topladığı təcrübə sayəsində hətta 1998-ci ilin məşhur defolt vaxtlarındakı çətin şəraitə baxmayaraq, ayaqda qalmağı bacardı. Bu dövrdə bir çox şirkətlər çətin şəraitə bazardan çıxdı.
2008-ci ildə agentliyin üç aparıcı əməkdaşı, öz sələfindən nəhəng təcrübəni və daşınmaz əmlak bazarında təklif formalaşması mexanizmləri üzrə dərin bilikləri miras alaraq, öz AREA (Azerbaijan Real Estate Agency) rieltor şirkətlərini yaratdılar.
AREA müstəqil fəaliyyətə başladığı ilk vaxtlardan etibarən Azərbaycanda rieltor xidmətlərinin göstərilmə səviyyəsini ümumdünya standartlarına qədər qaldırmağı qarşısında məqsəd qoydu. Hazırda AREA rieltor şirkəti bu sahədəki mütəxəssisləri bir araya gətirərək öz fəaliyyətini elit daşınmaz əmlak sektorunaa, kommersiya daşınmaz əmlakının satış məsələlərinə, korporativ müştərilərə və daşınmaz əmlaka sərmayə qoymaqda maraqlı olan şəxslərə xidmət göstərilməsi istiqamətində yönəltmişdir.
AREA Daşınmaz Əmlak Agentliyi - Ugur 97, Hight Contract, NLT Construction, Kapitol, Ulubey və b. kimi bir çox məşhur tikinti şirkətləri ilə eksklüziv şərtlərlə əməkdaşlıq edən azsaylı şirkətlərdən biridir. AREA şirkəti həmçinin Yeni Şeher, Orient Palace, Club House və s. kimi yaşayış komplekslərinin layihələrinin işlənib hazırlanmasında iştirak etmiş, onların eksklüziv satışı hüququna sahib olmuşdur.
AREA şirkəti «Bakı Rieltorlar Assosiasiyasının» üzvü olmaqla rieltor peşəsinin müsbət imicini yaratmaq, geniş ictimaiyyətdə onun dəyərini və əhəmiyyətini artırmaq məqsədilə Azərbaycan ərazisində rieltor fəaliyyətinin təbliğində iştirak edir.